Lələkvari qulançar

Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir.Onlar biraz əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır.Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır. Meyvələri giləmeyvəşəkilli, göyumtül-qaradır. 1–3 toxumludur.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Çoxillik torpağa tələbkar olmayan bitkidir.

Azərbaycan yayılması[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində 1986-cı ildə introduksiya edilmişdir. Respublikada subtropik bölgələrdə meşələrdə, çay vadilərində, düzənliklərdə və orta dağ zolağında bitir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Gözəl, əyilmiş zoğları floristlər tərəfindən istifadə edilə bilər. İki ildən sonra bitkinin dirəyə ehtiyacı vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]