Ləmbəli körpüləri

Ləmbəli körpüləriLoru mahalının Barana (31.12.1937:ci ildən — Noyemberyan) rayonunun qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, 1948-ci ildən sonra isə ermənilərin məskunlaşdığı Ləmbəli (31.12.1937-ci ildən — Debedaşen) kəndində Tona (Debed) çayı üstündə körpü tağları.[1]

Ləmbəli körpüləri
Ləmbəli körpüləri
Ləmbəli körpüləri
Şəhər Loru mahalı
Tikilmə tarixi XVI–XVIII əsr
Vəziyyəti Rusiya-İran müharibələri zamanı XIX yüzildə dağıdılmışdır

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycanlıların kompakt halda yaşadığı Loru mahalının Barana rayonunun Ləmbəli kəndində (dəyişdirilmiş adları ilə: Noyemberyan rayonunun Baqrataşen kəndi) Tona çayı üzərində körpü tağları mövcud olmuşdur.[2]Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bayramov İ. Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti. Bakı. 2011.
  2. Ələkbərli Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan”. Bakı: “Sabah” nəşriyyatı. 1994.
  3. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 184. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]