Lənkəran İslam Kolleci

Lənkəran İslam KolleciAzərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisəsi[2]. Lənkəran şəhərində yerləşir.

Lənkəran İslam Kolleci
Əsası qoyulub 2017
Tip dini təhsil müəssisəsi
Direktor Hacı Sədi Axundzadə[1]
Şəhər Lənkəran
Ünvan Lənkəran şəhəri

Tarixi[redaktə | mənbəni redaktə et]

Lənkəran İslam Kolleci Azərbaycanda dövlət qeydiyyatına alınmış ilk 7 islam kollecindən biridir. Dövlət qeydiyyatına alınması ilə bağlı Qeydiyyat şəhadətnaməsi Lənkəran İslam Kollecinin rəhbərliyinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci ildə təqdim edilmişdir[2][3].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kollecin fəaliyyəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilir[4].

Təhsil müddəti[redaktə | mənbəni redaktə et]

Kollecdə təhsil müddəti dörd ildir[1].

Kontingent[redaktə | mənbəni redaktə et]

İlkin mərhələdə burada 15 tələbə təhsil alacaq[1].

Burada tədris alacaq digər rayonların tələbələri üçün yataqxana da nəzərdə tutulub[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Azərbaycanda İslam dinini öyrədən kollec açılır Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine. xeberle.com, 17.04.2017  (az.)
  2. 1 2 Dövlət qeydiyyatına alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib Arxivləşdirilib 2020-02-24 at the Wayback Machine. scwra.gov.az, 07.03.2017  (az.)
  3. Dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib. "Cəmiyyət və Din" qəzeti. Mart 2017, № 3 (308). səh. 5-6.  (az.)
  4. Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI. report.az, 07.03.2017  (az.)