Ləqəb və Adların Ləğvi Haqqında Qanun Türkiyədə 26 noyabr 1934-cü il tarixli 2590 nömrəli qəbul edilmiş qanundur. Türkiyənin Rəsmi Qəzetində (2867 saylı, 3-cü cild, 6-cı səhifə) 29 noyabr 1934-cü ildə nəşr edilmişdir. Türkiyə Böyük Millət Məclisində köhnəlmiş olmasına görə müzakirə edilmişdir. Qanuna görə:
- Maddə 1 - Ağa, Hacı, Hafiz, Xoca, Molla, Əfəndi, Bəy, Bəyəfəndi, Paşa, Xanım, Xanıməfəndi və Həzrətləri kimi ləqəb və adlar ləğv edilmişdir. Kişi və qadın vətəndaşlar qanun qarşısında və rəsmi sənədlərdə yalnız adları ilə qeyd olunmalıdır.
- Maddə 2 - Mülki, rütbə və rəsmi nişanlar və medallar ləğv edilmişdir və bu nişanların və medalların istifadəsi qadağandır. Müharibə medalları istisnadır. Türklər xarici dövlət nişanələrini üstlərində daşıya bilməzlər.
- Maddə 3 - Hərbi rütbələrdən adın əvvələ gəlməsi şərti ilə quru qoşunlarında və hava qüvvələrində xidmət edən Müşir, Birinci Ferik, Ferik ve Liva rütbəli şəxslərə General, dənizdə xidmət edən Birinci Ferik, Ferik və Liva rütbəli şəxslərə Admiral adı verilir. General və Admiralların dərəcələrini göstərən rütbələrlə hərbi dəniz zabitlərinin və digər hərbi birləşmələrdə xidmət edənlərin dərəcələrini göstərən rütbələrlə təltif edilməsi Ali Hərbi Şuranın qərarı və Deputatlar Şurasının təsdiqi ilə müəyyən edilir.