Lətif Şüküroğlu

Lətif Şüküroğlu(azərb. Babayev Lətif Şükür oğlu;‎) — tarixçi alim, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı

Lətif Babayev
Təxəllüsü Lətif Şüküroğlu
Doğum tarixi 8 aprel 1960-ci il
Doğum yeri Qafan rayonu, Ermənistan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universiteti
İxtisası Jurnalistika
Fəaliyyət illəri 1984-
Əsərlərinin dili Azərbaycanca
Mükafatları "Hərbi xidmətlərə görə" medalı — 2002

Lətif Şükür oğlu Babayev 1960-cı il aprelin 8-də Ermənistan SSR-in Qafan rayonunda anadan olmuşdur. 1977-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbini bitirmişdir.1977-ci 1979-cu illərdə Zəngilan rayon Poçt şöbəsində və Yol İdarəsində fəhlə işləmişdir. 1979–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində əyani təhsil almışdır. 1984–1990-cı illərdə Zəngilan rayonunda çıxan "Kənd həyatı" qəzetində ədəbi işçi və şöbə müdiri işləmişdir. 1990-cı ilin mart ayından 1992-ci ilin fevral ayınadək Azərbaycan Qaçqınlar Cəmiyyətinin orqanı olan "Vətən səsi" qəzetində Qarabağ, Mil-Muğan zonaları üzrə xüsusi müxbir, 1992-ci ilin fevral ayından həmin ilin oktyabr ayına qədər Müdafiə Nazirliyinin orqanı olan "Xalq Ordusu" qəzetində şöbə müdiri işləmişdir. Lətif Şüküroğlu 1992-ci ilin noyabr ayında Dövlət Sərhədini Mühafizə Komitəsinə qrup rəisi vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunmuş, 1993-cü ilin mart ayından xidmətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirmişdir. O, 2015-ci ilin dekabr ayının 27-də MTN-dən idarə rəisinin müavini vəzifəsində, polkovnik rütbəsində ehtiyata buraxılmışdır. Lətif Şüküroğlu 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şöbə müdiri işləmişdir. 2019-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr işləri şöbəsində sektor müdiri işləyir. Lətif Şüküroğlu ailəlidir, iki oğlu, bir nəvəsi var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Lətif Şüküroğlu 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycanın sərhəd mühafizəsi tarixi (1918–1920-ci illər)" mövzusunda elmi iş müdafiə etmişdir. O, əsasən Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı tədqiqatlar aparır. Dəfələrlə ölkə ərazisində və xaricdə keçirilən elmi və elmi-praktik konfrans və simpoziumların iştirakçısı olmuş (Macarıstan, Almaniya, Ukrayna və Türkiyə), çıxış etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc edilmişdir. İki elmi monoqrafiyanın, beş kitabın, 30-a yaxın elmi və 200-dən çox publisistik məqalənin müəllifidir. "Azərbaycanın sərhəd mühafizəsi tarixindən" (1999), "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" (2018) monoqrafiyaları və iki cilddən ibarət "Cümhuriyyət hökuməti repressiya məngənəsində" (2000) kitabları, müxtəlif mətbu orqanlarda dərc olunan onlarla elmi və publisistik məqaləsi onu Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatşısı kimi tanıtmışdır.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə,[1] həmçinin təhlükəsizlik orqanlarının "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsi və yubiley medalları ilə təltif edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı araşdırmaları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanın sərhəd mühafizəsi tarixindən. Bakı: Şirvannəşr, 1999, 96 s.
  • Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu. Bakı: Elm və təhsil, 2018, 466 s.[2]
  • Cümhuriyyət hökuməti repressiya məngənəsində, I cild, Bakı: Şirvannəşr, 2000, 296 s.[3]
  • Cümhuriyyət hökuməti repressiya məngənəsində, II cild, Bakı: Şirvannəşr, 2000, 256 s.[3]
  • Ömür yarı oldu. Bakı, Şirvannəşr, 2001, 112 s.
  • Taleyin izləri. avtobioqrafik roman, Bakı: 2016[4]
  • Torpağı Vətən edənlər. Bakı: Əfqan poliqraf, 2018, 36 s.
  • "Azərbaycanın ilk sərhəd mühafizə qüvvələrinin yaradılması haqqında bəzi mülahizələr", məqalə, "İstiqlalın sabahına doğru", Bakı, Elm, 1999, səh 27–51. Azərbaycan dilində.
  • "Azərbaycanın ilk sərhəd mühafizə qüvvələrinin yaradılması tarixindən", "Hərbi bilik" jurnalı, 2001, № 3, səh. 13–18, 0,3 ç.v. I məqalə, Azərbaycan dilində.
  • "Azərbaycanın ilk sərhəd mühafizə qüvvələrinin yaradılması tarixindən", "Hərbi bilik" jurnalı, 2001, № 4, səh. 33–43, 0,6 ç.v. II məqalə, Azərbaycan dilində.
  • "Sərhəd Azərbaycan generallarının taleyində", "Sərhədçi" jurnalı, 2001, " 1, s. 10–13. Azərbaycan dilində.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və müstəqiliyin ilk aylarında ərazi və sərhəd məsələləri" səh 118–123, "Tarix və onun problemləri", № 1–2, Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Bakı, 2008, Nəzəri, elmi, metodik jurnal.
  • "Azərbaycanın ilk sərhəd mühafizə qüvvələrinin yaradılması tarixindən" səh. 173–179, Pedaqoji Universitetin Xəbərləri, Bakı, № 2, 2008. Azərbaycan dilində.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi sahəsində vahid dövlət siyasəti", s.182–186, "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" № 3, 2008, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Azərbaycan dilində.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi sahəsində tədbirlərinə dair", səh 8–12, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Elmi əsərlər məcmuəsi, № 2, 2008. Azərbaycan dilində.
  • Создания первых пограничных сил охраны Азербайджанской Демократической Республики, стр.4–7, журнал Вестник Киевского Национального Университета им.Т.Шевченко, История, №2 (125), 2015 г., Киев, 2015 г. Ukrayna dilində.
  • "Cənubi Qafqaz respublikaları arasında ərazi-sərhəd problemləri (1918–1920-ci illər)", səh 111–114, "Ulu öndər Heydər Əliyev irsində multikultral və tolerant dəyərlər" Beynəlxalq Elmi Konfransın materialları, 1-ci hissə, 3–5 may 2016-cı il, Bakı. Azərbaycan dilində.
  • 2017-ci il "Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi" Beynəlxalq Konfrans, 12 oktyabr 2017-ci il, Bakı: Rus dilində.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumətinin qurulmasına dair", s. 56–59, Azərbaycanşünaslığın aktual probemləri, Beynəlxalq Elmi Konfransın materialları, 3–4 may 2018-ci il. Bakı: 2018. Azərbaycan dilində.
  • "Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət quruculuğu (ikinci və üçüncü hökumətlərin təcrübəsi əsasında)", s.190–197, "Yüz ilində Azərbaycan Cümhuriyyəti" Beynəlxalq Elmi Konfransın materialları, Türkiyə, Əskişəhər, 26–27 may 2018-ci il, Əskişəhər, 2018, Anadolu Universiteti yayını №:3862, 2019. Türk dilində.
  • "2018-ci il "Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar" mövzularında Beynəlxalq Konfrans, 17 oktyabr 2018-ci il, Bakı: Rus dilində.
  • Əhməd Cəfəroğlu yaradıcılığında istiqlal və cümhuriyyətçilik ideyaları", "Əhməd Cəfəroğlu yaradıcılığında Azərbaycan Cümhuriyyəti" Beynəlxalq Elmi Konfrans 9–11 dekabr 2019, Bakı-Gəncə. Azərbaycan dilində.
  1. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  2. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" (PDF). 2021-05-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  3. 1 2 "Cümhuriyyət hökuməti repressiya məngənəsində" (PDF). 2021-05-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-02.
  4. Yaddaşımdakı Həcər xanım — "Taleyin izləri" kitabından Arxivləşdirilib 2021-05-05 at the Wayback Machine n

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]