Ləzə şəlaləsi və ya Laza şəlaləsi — Qusar rayonunda yerləşən şəlalə.
Ləzə şəlaləsi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Ləzə şəlaləsi Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.
Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.[1]
2024-cü ilin avqustunda baş vermiş güclü leysan yağışı şəlalənin daşmasına səbəb olmuşdur.[2]