Yardımlı şəlaləsi — Dağlıq Talışda, Viləşçayın hövzəsində, Yardımlı rayon mərkəzinin yaxınlığında yerləşir. Oliqosen yaşlı çöküntü dəstəminin təşkil etdiyi 25 m-dən hündür karnizdən tökülür[1]. Şəlalə Masallı-Yardımlı yolunun 25 kilometrində yerləşir[2]. 34 metr yüksəklikdən tökülən şəlalə iki mərtəbədən ibarətdir[3]. Eyni zamanda şəlalə zirvəsi dəniz səviyəsindən 1500 metr yüksəklikdə yerləşdiyi üçün buradan gözətçi məntəqəsi kimi də istifadə edilib[2]. SSRİ dövründə meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün şəlalə yerləşən ərazini "tək dam" deyə çağırıblar[4].
Yardımlı şəlaləsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 34 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
|