Laçın ərazi özünümüdafiə batalyonu

Laçın ərazi özünümüdafiə batalyonu (kiril qraf. Лачын әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Laçın batalyonuQarabağ müharibəsində Laçın rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu.

Laçın batalyonu
kiril qraf. Лачын әрази өзүнүмүдафиә баталјону
Laçın ərazi özünümüdafiə batalyonu
Növü quru qoşunları
Yaranma tarixi 1 oktyabr 1991-27 mart 1992[1]
Ölkə Azərbaycan Azərbaycan SSRAzərbaycan Azərbaycan
Vəzifəsi Laçın rayonunun müdafiəsi
Sayı 250 nəfər[1] (oktyabr 1991)
500 nəfər[2] (10 oktyabr 1991)
800 nəfər[1] (dekabr 1991)
1000 nəfərdən çox[1] (mart 1992)
Qərargah Laçın rayonu
Himayədarı Azərbaycan Müdafiə Nazirliyi
Təchizatı yüngül silahlar
PDM
BTR
Top
Müharibələr Qarabağ müharibəsi
Döyüşlər Laçının müdafiəsi uğrunda döyüşlər
Komandanlıq
Məşhur komandirləri Arif Paşa

De-yure 1 oktyabr 1991-ci il tarixindən 27 mart 1992-ci il tarixinə kimi mövcud olmuş batalyonun komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub.

27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında birbaşa Müdafiə Nazirliyinə tabe olan 811 saylı Laçın əlahiddə dağ-atıcı alayı yaradılıb.[1]

1980-ci illərin sonlarından başlayaraq ermənilər Laçının kəndlərinə xırda hücumlar edib, yollara primitiv üsullarla hazırlanmış minalar basdırırdılar. Həmin vaxtlar rayon ərazisinin mühafizəsini təşkil edən Laçın rayon polisinin sayı yetərli olmadığından rayon rəhbərliyi Müdafiə Komitəsi yaradır. Müdafiə Komitəsinə rayon rəhbərliyinin göstərişi ilə inzibati bina, nəqliyyat və telefon vasitələri verilir. Beləliklə ilk Laçın könüllüləri polislə birgə sərhəd kəndlərdə yerləşən məntəqələrdə keşik çəkməyə başlayırlar.[1]

1991-ci ilin sentyabr ayının sonlarında milli ordunun yaranacağı ilə bağlı söz-söhbətlərin ardınca Bakıdan cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfərin seçilib Bakıya göndərilməsi göstərişi gəlir. Bakıda hərbi şəxslər tərəfindən o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirilir. Laçın rayonundan Bakıya getmiş Laçın rayon partiya komitəsinin katibi Aydın Abbasovla Arif Paşayevin arasından isə Arif Paşayev Laçın özünümüdafiə batalyonunun komandiri seçilir. Arif Paşayev 1989-cu ilin sonlarından Azərbaycan Xalq Cəbhəsinin Laçın rayon şöbəsinin sədri olub.[2]

Arif Paşayev rayona qayıtdıqdan sonra İcraiyyə Komitəsinin sessiyası keçirilir. Arif Paşayev İcraiyyə Komitəsinin sessiyasında da Laçında yaranacaq Ərazi Müdafiə batalyonunun komandiri vəzifəsinə təsdiqlənir. Sessiyada qrafik əsasında oktyabr ayının 1-dən 4-nə zabit kontingenti formalaşması, 4-dən 8-nə kimi əsgərlərin toplanması və müəyyən təlimlərin keçirilməsi, oktyabr ayının 9-da isə Laçın ərazi özünümüdafiə batalyonunun yaranması barədə raport verilməsi tövsiyə olunur. 28 sentyabr 1991-ci il tarixində Laçın rayonunda səfərbərlik elan olunur.[2] Tövsiyəyə uyğun olaraq oktyabr ayının 1-i 4-ü arası zabit heyəti təyin olunur. Arif Paşayevin 1 saylı əmri ilə Rafiq Nağıyev qərargah rəisi təyin olunur.

Şəxsi heyətin sayı

[redaktə | mənbəni redaktə et]

İlk vaxtlar 250 nəfərdən ibarət olan batalyonun şəxsi heyətinin sayı 1991-ci ilin dekabr ayında 800 nəfərə çatmış, 1992-ci ilin mart ayında isə 1000 nəfərdən çox olmuşdur.[1] Batalyon komandiri Arif Paşanın bildirdiyinə görə Laçın rayonunda 28 sentyabr 1991-ci il tarixində səfərbərlik elan olunandan sonra 10 oktyabr 1991-ci il tarixində 500 nəfər sırada olub.[2] 15 oktyabr 1991-ci il 560 nəfərlik andiçmə mərasimi keçirilib.

  1. 1 2 3 4 5 6 7 Rafiq Nağıyev. www.qlobal.az "Laçın niyə işğal olundu- Xəyanət, Xaos, yoxsa.?! - Sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)" (#bad_url). Qlobal.az. 15/05/2017. 30 noyabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)
  2. 1 2 3 4 Arif Paşa. www.hafta.az ""MTN-dən qaçırılmağımızda gizli nüanslar var..."" (#bad_url). Hafta.az. 05/12/2013. (az.)