Rafiq Nağıyev (hərbçi)

Rafiq Heydər oğlu Nağıyev (5 oktyabr 1957, Seyidlər, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı, 811 saylı Laçın dağ-atıcı alayının qərargah rəisi (1992–1994), mayor.[1]

Rafiq Nağıyev
Nağıyev Rafiq Heydər oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 5 oktyabr 1957(1957-10-05) (66 yaş)
Doğum yeri
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü piyada
Hərbi hissə 811 saylı Laçın dağ-atıcı alayı
Xidmət illəri 1991—2003
Rütbəsi Mayor
Vəzifəsi Qərargah rəisi
Döyüşlər Qarabağ müharibəsi
İstefada 2003-cü ildən

Rafiq Nağıyev 5 oktyabr 1957-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1963–1967-ci illərdə Seyidlər kənd ibtidai məktəbində, 1967–1973-cü illərdə Pircahan kənd orta məktəbində, 1973–1976-cı illərdə isə Şuşa Kənd Təsərrüfatı Texnikomunda təhsil alıb.

1976–1978-ci illərdə Belarusiya SSR-də sovet ordu sıralarında hərbi xidmətdə olub. 1978–1979-cu illərdə Gəncə Aliminium zavodunda operator vəzifəsində, 1980–1981-ci illərdə Laçın rayon Baytarlıq müalicəxanasında çalışıb.

1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Hərbi hazırlıq fakültəsinə daxil olub, 1985-ci ildə institutu bitirib. 1985-ci ildən 1991-ci ilə qədər Laçın şəhər 1 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıb. Həmçinin 1988–1991-ci illərdə Laçın şəhərində yaradılmış Müdafiə Komitəsinin sədr müavini olub.

Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

1 oktyabr 1991-ci ildə 01 saylı əmrlə Laçın Ərazi Özünü Müdafiə Batalyonunun qərargah rəisi, 27 mart 1992-ci ildən 15 oktyabr 1993-cü ilədək 811 saylı Laçın Dağ Atıcı Alayının qərərgah rəisi, 20 oktyabr 1993-cü ildən isə 896 saylı Cəbrayıl Alayının qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.[2].

Sarıbaba dağında və Tığik kəndində keçirilən hərbi əməliyyatlarda uğur qazanmışdır.

Müharibədən sorakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1996-cı ilin yanvarından 2000-ci ilin avqustuna kimi Bakı Dövlət Universitetində hərbi kafedrada baş müəllim işləyib.

2000-ci ilin sentyabrından 2003-cü ilin iyununadək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mülkü Müdafiə İdarəsində Əməliyyat növbətçisi vəzifəsində xidmət edib. 2003-cü ilin iyunundan yaşa görə ehtiyata buraxılıb.

1985-ci ildə leytenant, 1988-ci ildə baş leytenant, 11 noyabr 1991-ci və 19 yanvar 1994-cü ildə (iki dəfə) kapitan, 19 yanvar 1998-ci ildə mayor rütbəsi almışdır.

2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunmuşdur.

Ailəlidir. 3 qız övladı, 2 nəvəsi var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]