Laçın (lat. Falco peregrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Laçın | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Laçın (quş) |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Göyərçindən xeyli iridir (0,8 kq-a qədər). Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. "Bığları" parlaq qara, ayaqları sarıdır.
Avropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var.
Sıldırım qayalıqlarda nəsil verir, amma yemlənmək üçün müxtəlif landşaftlara uçur. Əlçatmaz sıldırım qayalarda nəsil verdiyi üçün biologiyası Qafqazda zəif öyrənilib. Fevralın axırında—martda yuva sahəsində görünür. Yuvası qayada olur. Eyni yuvadan uzun müddət istifadə edir. Aprel ayında 2-3 yumurta verir, adətən 2 bala böyüdür. Avqustda pərvaz balaları görünür. Əsas yemi quşlardır: göyərçin, kəklik, ular, qışda ördək, qaz və s. Şikarını havadan çalıb ovlayır.
Qafqazda heç vaxt çoxsaylı olmayıb. XX əsrdə sayı fasiləsiz azalıb. Son illərdə kritik vəziyyətə düşmə təhlükəsi var. Böyük və Kiçik Qafqazın Azərbaycana məxsus hissəsində nəsil verənlər 10 cütdən çox deyil. Talış dağlarında nəsil vermir. Qışda Rusiyadan gələn populyasiyanın hesabına nisbətən çox olur.
Qədim dövrlərdən ovçu quş kimi istifadə edilmiş, sonralar ovçuların rəqibi hesab edilib tələf olunmuş, eyni vaxtda yem bazası zəifləmişdir.
Ovlanması və satışı qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Qorunan ərazilərdən kənarda yuva sahələrinə təbiət abidəsi statusunun verilməsi, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, əhalinin qorunmasına geniş cəlb edilməsi.