LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularınınBoliviyadanKolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən[1] ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir.
LaMia Hava Yolları reys 2933
Qəzaya uğramış təyyarə, şəkil 2013-cü ildə çəkilib.
Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi[2]Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.[3].
Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır.[4] Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər.[2]
"Korintians" futbol klubu rəsmi saytı vasitəsilə bildirmişdir ki, əgər Medelyin təmsilçisi istəsə, heç bir ödəniş edilmədən oyunçu icarəyə verə bilərlər.
Bunun ardınca Braziliya liqasında çıxış edən bütün komandalar istədikləri qədər ödənişsiz oyunçu verə biləcəkləri ilə bağlı açıqlama vermişlər.
"Şapekoense"nin Sudamerikana kubokunun finalında qarşılaşacağı "Atletiko Nasyonal" isə azarkeşlərinə səslənərək oyununun keçiriləcəyi stadionda toplaşacaqlarını və həlak olan futbolçuları anacaqlarını bildirmişlər.
Braziliyadakı Milli Konqres Binasının qarşısındakı Braziliya və Merkosur bayraqları (şəkildə) hadisə ilə bağlı yarıya endirilmişdir.