Rostov-na-Donuda təyyarə qəzası (19 mart 2016)

Rostov-na-Donuda təyyarə qəzası — 19 mart 2016-cı ildə Dubay beynəlxalq hava limanından uçan Boeing 737 tipli təyyarənin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması. Rostov-na-Donu şəhərində qəzaya uğrayan "Flydubai" aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.

Rostov-na-Donuda təyyarə qəzası
Ümumi məlumatlar
Tarix
Qəza növü İkinci eniş zamanı qəza
Yer Rostov-na-Donu, Rusiya
Koordinatlar 47°15′50″ şm. e. 39°49′44″ ş. u.
Ölkə
Sərnişin sayı 55
Komanda 7
Yaralı sayı 0
Ölü sayı 62
Təyyarə
Təyyarə modeli Boeing 737
Havayolu şirkəti Flydubai
Qalxma yeri Dubay
İstiqamət Rostov-na-Donu
Uçuş nömrəsi FZ-981
Qeydiyyat nömrəsi A6-FDN
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub[1].

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) təyyarənin qara qutusunu tədqiq etdikdən sonra yaydığı məlumata görə, "təyyarənin “qara qutu”sunu tam tədqiq olunduqdan və analiz edildikdən sonra belə nəticəyə gəlinib ki, laynerin heç bir sistemində kiçik də olsa nasazlıq yaranmayıb. Təyyarə həm uçuşa başlarkən, həm də eniş edərkən saz vəziyyətdə imiş"[2].

Heyət üzvləri və sərnişinlər

[redaktə | mənbəni redaktə et]
Vətəndaşlıq Sərnişin Heyət Cəmi
Rusiya Rusiya 44 1 45
Ukrayna Ukrayna 8 0 8
Hindistan Hindistan 2 0 2
Özbəkistan Özbəkistan 1 0 1
Yunanıstan Yunanıstan 0 1 1
İspaniya İspaniya 0 1 1
Kipr Kipr 0 1 1
Qırğızıstan Qırğızıstan 0 1 1
Kolumbiya Kolumbiya 0 1 1
Seyşel adaları Seyşel adaları 0 1 1
Cəmi: 55 7 62

Flydubai şirkətinin məlumatlarına görə sərnişinlərdən 33 nəfəri qadın, 18 nəfəri kişi, 4 nəfəri uşaqdır.

  1. "Rusiyada dəhşətli təyyarə qəzası" (azərb.). lent.az. TASS. 19 mart 2016. 2016-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2016.
  2. ""Qara qutu" sirri açdı: Rostovda qəzaya uğrayan təyyarə saz vəziyyətdə olub" (azərb.). lent.az. APA. 29 mart 2016. 2016-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]