Labanoras Regional Parkı

Labanoras Regional Parkı (lit. Labanoro regioninis parkas) — Litva ərazisində yerləşən regional park. Park Vilnyüs şəhərindən 80 km şimal-şərqdə yerləşir. Park Şvençenski, Moletski və Utenski rayonlarının ərazisini əhatə edir. Parkın inzibati mərkəzi Labanoras şəhərində yerləşir. Regional park 1992-ci ildə yaradılıb. Ərazidə əsasən meşə landşaftı, göl və təbii ekosistem qorunur[1]. Ölkənin ən böyük regional parkının sahəsi 55 344 hektardır[2][3]. Labanoras parkı şimal-şərqindən Aukştaytiya Milli Parkı ilə həmsərhəddir.

Labanoras Regional Parkı
lit. Labanoro regioninis parkas
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya)
Sahəsi 553,44 км²
Yaradılma tarixi 1992
Yerləşməsi
55°13′ şm. e. 25°44′ ş. u.HGYO
Ölkə  Litva
Labanoras Regional Parkı xəritədə
Labanoras Regional Parkı
Labanoras Regional Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Park ərazisində 70 göl mövcuddur. Göllər park ərazisinin 13 % -ni təşkil edir[4]. Üst bataqlıq və digər su-bataqlıq hövzələrinin ümumi sahəsi 30 km²-dir. Park ərazisindən 3 çay və 30 -dan çox su axımı keçir. Meşələr ümumi park ərazisinin 80 %-ni təşkil edir. Sahəsi 400 km² olan meşə örtüyündə əsasən şam ağacları üstünlük təşkil edir.

Park ərazisində 54 növ məməli, 172 növ quş, 5 növ sürünən və 11 növ suda-quruda yaşayan qeydə alınmış. Su hövzələrində qızılbalıq üstünlük təşkil edir. Qış aylarında çaylar tam donmur. Bu balıq növü parkın təbii sərvəti hesab olunur.

Məməlilərdən daha çox qunduz, çay samuru və sığın üstünlük təşkil edir. Yuva quran quşlardan daha çox qaradöş qaqara, qaradöş qumluqcaya, çay qaraquşuna, durnaya, qara leyləyə, adi balıqçıla, adi təqibçiyə, Lyrurus tetrixə rast gəlmək olur. Labanoras parkı Avropada ağ leyləyin ən sıx məşkunlaşma məkanıdır[5].

Regional park ərazisində həmçinin müxtəlif arxeoloji, memarlıq, etnoqrafik və tarixilik baxımdan önəmli ərazilər var[6].[7] 2015-ci ildə Mindunay kəndi yaxınlığında 36 metrlik müşahidə meydançası inşa edilmiş.


  1. "DĖL REGIONINIŲ PARKŲ IR DRAUSTINIŲ ĮSTEIGIMO". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  2. "The Geography of Tourism of Central and Eastern European Countries". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  3. "Labanoro regioninio parko vieta". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  4. "Labanoras Regional Park". 2019-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-31.
  5. "Regional Park Labanoras, Lithuania". Global Nature Fund. 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-25.
  6. "Labanoras Regional Park" (litva). 2018-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.
  7. "Открытие Лабанорской смотровой башни". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-31.