Lactuca serriola subvar. plicata

Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.

Kompas süddəyən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Lactuca sativa subsp. serriola (L.) Frietema
  • Lactuca scariola L.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Hieracium lactuca E.H.L.Krause
  • Lactuca albicaulis Boiss.
  • Lactuca altaica Fisch. & C.A.Mey.
  • Lactuca angustana All.
  • Lactuca angustifolia Lam. ex Steud.
  • Lactuca augustana All.
  • Lactuca auriculata Aitch.
  • Lactuca bracteata Wall.
  • Lactuca coriacea Sch.Bip.
  • Lactuca dubia Jord.
  • Lactuca elata Salisb.
  • Lactuca integrata (Gren. & Godr.) A.Nelson
  • Lactuca latifolia Gilib.
  • Lactuca officinarum Crantz
  • Lactuca plicata Balb.
  • Lactuca pseudovirosa Sch.Bip. ex Nyman
  • Lactuca saligna var. robusta Fisch. & C.A.Mey.
  • Lactuca scariola subsp. augustanae (All.) Arcang.
  • Lactuca scariola var. dubia (Jord.) St.-Lag.
  • Lactuca scariola var. integrata Gren. & Godr.
  • Lactuca scariola subsp. integrata (Gren. & Godr.) Piper
  • Lactuca scariola var. integrifolia (Gray) Bogenh.
  • Lactuca scariola var. nieuwlandii Lunell
  • Lactuca serriola var. integrata Farw.
  • Lactuca serriola subsp. integrifolia (Gray) G.H.Loos
  • Lactuca serriola f. integrifolia (Gray) S.D.Prince & R.N.Carter
  • Lactuca serriola subvar. plicata Farw.
  • Lactuca serriola f. serriola (Gray) S.D.Prince & R.N.Carter
  • Lactuca sylvestris Lam.
  • Lactuca sylvestris Garsault
  • Lactuca sylvestris var. integrifolia (Gray) Dumort.
  • Lactuca tephrocarpa K.Koch
  • Lactuca verticalis Gaterau
  • Lactuca virosa Lucé
  • Lactuca virosa var. integrifolia Gray
  • Wiestia spectabilis Sch.Bip.