Lado Asatiani (gürc. ლადო ასათიანი) - Gürcü yazıçı və şair. Cəmi yeddi il davam etmiş yaradıcılıq fəaliyyətindən sonra 26 yaşında vəfat etmişdir. Lado Asatiani XX əsr Gürcü ədəbiyyatının ən görkəmli simalarından biri kimi qəbul olunur. Asatiani Stalinist ideologiyanın təsirlərindən və məhdudiyyətlərindən qorunmağı bacaran az saylı gürcü yazıçılardandır.
Lado Asatiani | |
---|---|
gürc. ლადო ასათიანი | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kutaisi, Gürcüstan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Vətəndaşlığı | Gürcüstan |
Milliyyəti | Gürcü |
Fəaliyyəti | Yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Lado Asatiani 1917-ci ildə həmin dövrdə Gürcüstan Demokratik Respublikasının sərhədləri daxilində yerləşən Kutaisi şəhərində anadan olmuşdur. Gənclik illərini bu şəhərdə keçirən Lado 1938-ci ildə Kutaisidə pedoqoji təhsilini tamamlayır. 1939-cu ildə Qızıl ordu tərəfindən hərbi xidmətə çağırılır, ancaq tuberkulyoz xəstəsi olduğundan ordu sıralarından tərxis edilir. Asatianinin gürcü mətbuatında ilk debütü 1936-cı ildə baş tutur. 1941-ci ildə isə şeirlərindən ibarət kolleksiya nəşr olunur. Gənc yazarın ədəbi fəaliyyətə başladığı dövr Gürcüstanda ciddi senzuranın və təqiblərin instenivləşdiyi dönəmə təsadüf edir.
Belə ki, Lavrenti Beriyanın gürcü yazıçılar və ədiblər üzərində yaratmış olduğu təhlükə qısa zamanda bütün ölkə ədəbiyyatına təsir etmişdi. Lado Asatiani Stalinist ideologiyanın təsirlərindən və məhdudiyyətlərindən qorunmağı bacaran az saylı gürcü yazıçılardandır. Senzuranın və repressiyanın tüğyan etdiyi dövrlərdə yazıçı sevgi şeirləri yazmış və öz əsərlərində əsasən məişət problemlərinə toxunmuşdur. 1941-ci ilin iyun ayında Üçüncü Reyx tərəfindən SSRİ-yə qarşı müharibənin elan edilməsi nəticəsində yazıçı vətənpərvərlik və tarixi köklərə toxunan əsərər yazmağa başlayır.
Bu dövrdən etibarən yazmış olduğu şeirlərində gürcü xalqının tarixi köklərinə toxunur və onları vətənpərvərlik nöqteyi-nəzərindən tərənnüm edirdi. Bəzi şeirləri həddindən artıq millətçilik duyğuları olduğundan nəşr edilməmişdir. Lado Asatiani 1943-cü ilin 23 iyun tarixində Tbilisi şəhərində vəfat etmişdir. 26 yaşında vəfat edən ədbin ölümünə əsas səbəb kimi gənclik illərindən bəri əziyyət çəkdiyi tuberkulyoz xəstəliyi göstərilir. Məzarının yeri 1968-ci ildə Tbilisiin Didube rayonunda bir çox məşhur yazıçısının, alimlərinin, artistlərinin, milli qəhrəmanlarının dəfn olunduğu Didube panteonuna köçürülmüşdür.