Lahıc Tarix-Diyarşünaslıq Muzeyi — Lahıc kəndinin yerli tarix muzeyi. 1985-ci ildə qurulmuş və Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində yerləşir.[4]
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1985 |
Mövzu | Tarix |
Ölkə | |
Yerləşir | İsmayıllı, Lahıc qəsəbəsi, Ə.Əliyev küçəsi 22[1] |
Kolleksiyası | 1336 eksponat |
Direktor | Maarif Əliyev |
Telefon | (+994 20) 287-75-79 |
İş rejimi | (II – VII) 10:00 – 18:00[2] |
40°50′42″ şm. e. 48°22′59″ ş. u.HGYO |
1985-ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla təşkil edilmiş Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 1992-ci ildən dövlət statusu alaraq Lahıc Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.[5] Muzeyin özü Lahıcda "Ağaoğlu məscidi" kimi məşhur olan və 1914-cü ildə inşa edilmiş bir binanın içərisindədir. Muzeyin direktoru Əliyev Maarif Ağamehedi oğlu muzeyə eksponatların toplanmasında əhali arasında təbliğat aparırı. Muzeyin nümayəndəsi Kamilli Tofiq Kamil oğlu, 20–22 aprel 2009-cu il tarixlərində Bakıda keçirilmiş UNESCO / ICOM nəşrlərindən istifadə edərək muzey rəhbərliyi tərəfindən Azərbaycan Respublikasından muzey işi üzrə təlimçi-mütəxəssislər üçün milli təlimlərdə iştirak etmişdir.
Muzeydə 1336 ədəd eksponat qorunub saxlanılır. Bina 10 ekspozisiya və müxtəlif şöbələrdən ibarətdir. Müxtəlif mövzulara aid guşələr yaradılmışdır. Muzeyə gələn ziyarətçilərə 1000–dən çox eksponat təqdim edilir. Muzeyə əşya cəlb etmək üçün əhali ilə təbliğati söhbətlər aparılır. Muzeyə verilən əşya qeydiyyatdan keçirilərək fonda daxil edilir[6]. Muzeydə 2000 il əvvələ aid saxsı nümunələri, 18-ci əsrdə mis əritməsində istifadə edilən körüklər, heyvandarlıq və ticarətlə əlaqəli digər parçalardan ibarət qədim sənətkarlıq nümunələrindən və yeraltı su xətti haqqında məlumatdan ibarətdir.[7]