Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür.
Lahıc dağlarında əks-səda | |
---|---|
Fayl:Lahıc dağlarında əks-səda (film, 1971).jpg | |
Janr | sənədli film |
Rejissor | Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) |
Ssenari müəllifləri |
Hüseyn Nəcəfov Cavanşir Məmmədov |
Operator | Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1971 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkə | SSRİ |
İl | 1971 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.