Rizvanşəhr Şəhristanı — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biri.
Rizvanşəhr şəhristanı | |
---|---|
37°32′ şm. e. 48°57′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhristanın ərazisi 783,5 km²-dir.[2] Şəhristan 1997-ci ildə Talış şəhristanından ayrılmışdır.[2] O zamanadək Talış şəhristanının bəxşlərindən biri olmuşdur. Rizvanşəhr şəhristanı şimalda Talış şəhristanı, qərbdə Ərdəbil ostanının Xalxal şəhristanı, şərqdə Xəzər dənizi, cənub-qərbdə Masal şəhristanı, cənub-şərqdə Sövməə-Səra şəhristanı və Bəndər Ənzəli şəhristanı ilə həmsərhəddir.
Əhalisi əsasən Azərbaycanlılardan[2][4] [5] və talışlardan[2], qismən giləklərdən[6] ibarətdir. Giləklər və azərbaycanlılar əsasən düzənlik ərazilərdə yaşayırlar və islamın şiə məzhəbinə etiqad edirlər, talışlar isə əsasən dağlıq bölgələrdə yaşayırlar və islamın sünni məzhəbinə etiqad edirlər.
Bəxşlər 4 dehestandan və iki şəhərdən ibarətdir. Dehestanlar: Dinaçal, Ardə, Xuşabar və Gildulab.[2]
Şəhristanın dehestanlarında 110 kənd yerləşir, onlardan 12-si əhali barındırmır.[2]
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |