Lahiyə

Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyətrisk tələblərinə malik unikal fəaliyyət.

Layihə mərhələləri

[redaktə | mənbəni redaktə et]
  • Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur;
  • Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir;
  • İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır;
  • Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır.

Layihə idarəedilməsinin müxtəlif səviyyələri

[redaktə | mənbəni redaktə et]
  • Vaxtın idarəedilməsi
  • Büdcənin idarəedilməsi
  • Resursların idarəedilməsi
  • Keyfiyyətin idarəedilməsi
  • İnsan resurslarının idarəedilməsi
  • Risklərin idarəedilməsi

Layihənin növləri

[redaktə | mənbəni redaktə et]

1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.[1]

Layihələr vahid nəticəyə çatmaq üçün layihələr proqramına və səmərəli idarəetmə üçün layihələr portfelinə malik ola bilər. Layihələr portfeli ayrı-ayrı proqramlardan ibarət ola bilər.


  • Практическое руководство к Своду знаний по управлению проектами Американского Проектного Института (PMI PMBOK). Третье издание. (Американский национальный стандарт ANSI/PMI 99-001-2004)
  • GreenWire ekoloji layihələri
  • [1]
  1. Советский энциклопедический словарь, издательство "Советская энциклопедия" Москва 1981 г.