Laik

Laik (fr. Laïc) — Türkiyədə sekulyarizmə verilən ad. Türk Dil Qurumunun lüğətində olan tərifə görə, "dini işlərlə dövlət işini qarışdırmayan, dövlət işlərini dindən ayrı tutan şəxs və ya qurum". Türkiyə laik dövlət hesab edilir.[1] Bu anlayış Türkiyədə laisizm, kamalçılıqsolçuluq ilə assosiasiya olunur.[2]

Hər halda, müxtəlif müşahidəçilərə görə, Türkiyədə AKP hökumətinin siyasəti ölkənin laik dövlət statusunu sual altına qoymuşdur.[3] Odur ki, Ərdoğan hökumətinin hakimiyyətə gəlməsindən sonra Türkiyənin quruluş ildönümlərində mühafizəkarlar və dindar hökumət qüvvələri arasında fikir ayrılıqları ön plana çıxmışdır.[4] 2016-cı ildə parlamentin spikeri İsmayıl Qəhrəman İstanbulda bir toplantıda etdiyi çıxış zaman "yeni Konstitusiyada laiklik olmamalıdır" və yenə eyni çıxışında "yeni, dindar bir Konstitusiya olmalıdır" sözlərindən istifadə etmişdir.[5]

  1. "Türk Dil Kurumu Sözlüğü". 11 Mayıs 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Aralık 2013.
  2. "Hüquqa dönüş mövsümü". modern.az (az.). 8 yanvar 2014. 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2023.
  3. Göytürk. "AKP-nin erməni siyasəti düşmənləri sevindirir". Xalq Cəbhəsi. 10 aprel 2009. səh. 6. 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
  4. "Türkiyədə polis Cümhuriyyət gününü qeyd edənləri gözyaşardıcı qazla dağıdıb". Azadlıq Radiosu (az.). 29 oktyabr 2012. 22 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2023.
  5. Kənan RÖVŞƏNOĞLU. "Türkiyədə dünyəvilik, dünyəvilikdə Türkiyə". musavat.com (az.). 4 may 2016. 22 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]