Türk Dil Qurumu

Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat.

Türk Dil Qurumu
TDK
Türk Dil Kurumu
Loqonun şəkli
Türk Dil Qurumunun loqosu
Fəaliyyəti Türk dilinin tənzimləyici institutu
Şüar Ölkəsini, yüksək bağımsızlığını qorumasını bilən türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır.
Yaranma tarixi 12 iyul 1932
Rəsmi dili Türk dili
Mərkəzi Atatürk bulvarı No.: 217, Çanqaya, 0668 Ankara, Türkiyə
Qurucusu Mustafa Kamal Atatürk
Samih Yalnızgil
Ruşen Əşrəf Ünaydın
Cəlal Sahir Ərozan
Yaqub Qədri Qaraosmanoğlu[1]
Prezident Gürər Gülsevin
Vitse-prezident Feyzi Ərsoy
Büdcəsi 19.693.000₺ (2020)[2]
tdk.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Türk Dili Qurumunun ilk sədri Samih Yalnızgil

Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir ƏrozanYaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər.[3] Qurumun ilk sədri Samih Yalnızgil oldu.[4] Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu.[5]

Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır.

Baş ofisi Ankarada yerləşir.

Təşkilat, Güncel Türkçe Sözlük ilə yanaşı, əsasən türk dilləri ilə əlaqəli tədqiqatlar, ixtisaslaşdırılmış lüğətlər, filoloji kitablar və ədəbiyyat əsərlərindən ibarət 850-dən çox dilçilik kitabı nəşr etmişdir.

TDK, eyni zamanda, Türk Dili (1951-ci ildən), Belleten (1953-cü ildən) və Türk Dünyası (1996-cı ildən) adlı türk dili və ədəbiyyatı mövzusunda müxtəlif jurnalları nəşr edir.

Türk Dili Qurumu tərəfindən nəşr olunan "Güncel Türkçe Sözlük" adlı türk dilinin rəsmi lüğətinin 2005-ci il nəşrində 104.481 söz var idi ki, onlardan təxminən 86%-ı türk, 14% -ı xarici mənşəli idilər.[6] Türk lüğətinə əhəmiyyətli dərəcədə təsir etmiş xarici dillər arasında ərəb, fransız, fars, italyan, ingilisyunan dilləri var.[7]

  1. "Türk Dil Kurumu - Başkanlar". TDK Official (Turkish). Çankaya, Ankara: Turkish Language Association. 6 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2015.
  2. "Arxivlənmiş surət" (PDF). 2020-09-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-03.
  3. "История создания Института турецкого языка". Турецкая телерадиокомпания. 2019-09-25. 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
  4. Кононов, А. Sadettin Nüzhet. Samih Rifat: hayati ve eserleri (PDF) // Библиография Востока. Институт востоковедения Академии наук СССР. № 10 (1936). М. - Л.: Издательство Академии наук СССР. 1937. 165.
  5. Письменность и революция. Сборник 1. К 6 пленуму ВЦК НА. М. - Л.: Изд. ВЦК НА. под ред. Д. Коркмасова. 1933. 188.
  6. "Güncel Türkçe Sözlük" (türk). Turkish Language Association. 2005. 2007-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-21.
  7. "Türkçe Sözlük (2005)'teki Sözlerin Kökenlerine Ait Sayısal Döküm (Numerical list on the origin of words in Türkçe Sözlük (2005))" (türk). Turkish Language Association. 2005. 2007-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]