Ekoloji vəziyyəti saxlamaq, sabitləşdirmək üçün landşaft komplekslərinin qiymətləndirilməsi vacib məsələ sayılır. Azərbaycanın landşaft komplekslərini qiymətləndirmək ilkin material kimi torpaq xəritələrindən, torpaq-eroziya və torpaqların mühafizəsi xəritələrindən, landşaft kompleksi xəritəsindən, torpaqların bonitet şkalası v ə bonitet kartoqramlarından istifadə edilmişdir. Nəticədə tədqiqat obyektlərindəki landşaft komplekslərinin sayı, onların sahəsi, landşaftın orta ölçülmüş balı və –müqayisəli dəyərlilik əmsalı müəyyən olmuşdur. Azərbaycanın landşaftının orta ölçülmüş bonitet balını (41) vahid qəbul edərək (K-1.00) ona münasibətdə landşaft tiplərinin dəyərlilik əmsalı müəyyən olunmuşdur.
Bu termin bir neçə mənada işlənir:
1) bu və ya digər maddənin və ya enerjinin təbii haldan yüksək olması; bu, həm də təbii faktorlar (vulka) fəaliyyəti, torpaq hissəciklərinin və ya duzların gətirilməsi), həm də antropogen faktorların təsiri nəticəsində baş verə bilər;
2) landşafta təbii proseslərin gedişi nəticəsində formalaşmayan yad maddələrin verilməsi.
Landşaftın çirklənməsinin əsas mənbəyi texnogen təzyiq sayılır. Çirklənmə landşaftın xarakterinin və onun komponentlərinin xassələrinin dəyişməsinə səbəb olur, bu isə geomorfoloji (to)un, qumun və s.-nin toplanması) və termik anomaliyanın formalaşması ilə nəticələnir. Landşaftın komponentlərinin qarşılıqlı təsiri onlardan birinin çirklənməsi (məs. havanın), digər komponentlərin (bitki örtüyü, torpaq və s.) çirklənməsinə səbəb olaraq bütün landşaftı əhatə edir. Bu zaman orqanizmlər, torpaq və su hövzələrindəki lil çox vaxt çirkləndirici maddələr toplayır. Landşaftın çirklənməsini azaltmaq və ya onun qarşısını almaq landşaftın qorunmasının əsas hissəsindən biri hesab olunur. [1]