Laperuz boğazı

Laperuz boğazı (rus. Пролив Лаперуза) və ya Soya boğazı (yap. 宗谷海峡) - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dəniziOxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.

Laperuz boğazı
yap. 宗谷海峡
Ümumi məlumatlar
Eni minimum 43 km
Uzunluğu 94 km
Ən böyük dərinliyi 118 m
Orta dərinliyi 20-40 m
Yerləşməsi
45°43′20″ şm. e. 142°01′36″ ş. u.HGYO
Ölkələr
Ayırır Saxalin adasını Xokkoyda adasından
Sonuncu burun Krilon/Soya-Misaki
Laperuz boğazı xəritədə
Laperuz boğazı
Laperuz boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müəyyən zamanlarda tunel tikintisi ilə boğazın altı ilə Saxalin adasına yol çəkilişi planlaşdırılırdı. Hədəf isə Yaponiyanı materikə birləşdirən yol tikintisi idi. Ancaq hal-hazırda bununla bağlı heç bir tədbir görülmür.