Lapland müharibəsi

Laplandiya müharibəsi (fin Lapin sota) — Finlandiya və Almaniya silahlı qüvvələri arasında 1944-cü ilin sentyabrından 1945-ci ilin aprelinə qədər olan müharibə. 1941-1944-cü illərdəki müharibədə SSRİ-yə məğlub olan Finlandiya, Moskva Atəşkəs Müqaviləsinə əsasən, torpaqlarında olan Üçüncü Reyxin qüvvələrini öz ərazilərini tərk etməyə məcbur etmək üçün mübarizə aparmışdır. Müharibənin sonunda alman qüvvələri Norveçə geri çəkilmiş və Finlandiya Moskva müqaviləsi öhdəliklərini yerinə yetirməyə davam etmişdir.

Lapland müharibəsi
İkinci dünya müharibəsi
Üçüncü Reyx qüvvələrinin Finlandiyadan çəkilməsi
Üçüncü Reyx qüvvələrinin Finlandiyadan çəkilməsi
Tarix 1944-cü il sentyabr-1945-ci il aprel
Yeri Laplandiya, Finlandiya
Səbəbi 1941-1944-cü illər müharibəsində SSRİ-yə məğlub olan Finlandiyanın, Moskva Atəşkəs Müqaviləsinə əsasən, torpaqlarında olan Üçüncü Reyxin qüvvələrini ərazilərindən çıxarmaq öhdəliyi götürməsi
Nəticəsi Finlandiyanın qələbəsi
Münaqişə tərəfləri

Üçüncü Reyx

Finlandiya

Komandan(lar)

Üçüncü Reyx Lothar Rendulic

Finlandiya Hjalmar Siilasvuo

Tərəflərin qüvvəsi

214.000

75.000

İtkilər

1,000 ölü
1,000 əsir
2,000 yaralı

774 ölü
262 itkin
2,904 yaralı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar