Larix occidentalis

Qərb qara şamı (lat. Larix occidentalis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü.

Qərb qara şamı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Larix occidentalis

Şimali Amerikanın qərb hissəsinin dağlarında 600-2300 m hündürlükdə, meşə zolağnda, kölgəli yamaclarda və çay vadilərində, çox vaxt qarışıq əkinlərdə bitir. Vətənində hündürlüyü 40-80 m-ə çatan ağacdır. Çətiri ensiz, piramidaldır. Budaqları qısa, üfüqi, tüklü olur, sonradan çılpaqlaşır, cavan zoğlarının rəngi sarımtıldan narıncıya dəyişir. Tumurcuqları qatranlı, saçaqlıdır. Uzunluğu 3-4 sm olan iynələri küt uclu, üstü yumru, hər iki tərəfdən 2 ağ kanallıdır. Dəstələrdə 15-40 ədəd yerləşir, qatran yolları yoxdur. Qozaları 6 mm-lik ağ tüklü saplaqda yerləşir, yumurtavarıdır, uzunluğu 2.5-3 və ya 5 sm-dir. Toxum ağımtıl, qonur qanadlı, qabıqları yumru, kənarları bütöv, üstü zərif tükcüklüdür. Şimali Amerikanın ən hündür qara şamıdır.

Tez böyüyür, işıqsevəndir, qışadavamlı, quraqlığa davamsızdır. Yaxşı drenajlı, zəngin və rütubətli tropaqlarda yaxşı inkişaf edir. Uzunömürlüdür, 700 ilə qədər yaşayır. Qərbi Avropada 1880-ci ildən becərilir. Azərbaycanda Bakı şəhərində bu bitki dekorativ əlamətlərinə görə yeni salınan park və bağlarda rast gəlinir.