L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu.
L'Arc~en~Ciel | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
hard-rok alternativ rok pop-rok art-rok post-pank |
Fəaliyyət illəri | 1991—h.h. |
Ölkə | Yaponiya |
Şəhər | Osaka |
Digər adı |
P'unk~en~Ciel The Zombies D'ark~en~Ciel |
Dil |
yaponca ingiliscə |
Leybl |
Danger Crue Records Ki/oon Records/SMEJ Tofu Records (US) Gan-Shin (EU) |
Heyət |
Hyde Tetsuya Ken Yukihiro |
Keçmiş üzvlər |
Sakura Hiro Pero |
Digər layihələr |
Vamps Sons of All Pussys Acid Android Creature Creature Zigzo |
http://larc-en-ciel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır),[1] gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib.[2]
1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb. Həmin il Tierra, 1995-ci ildə Heavenly albomu buraxılıb, 1996-cı ildə çıxan True albomu isə qrupun million nüsxədən çox sayda satılan alomu olub.[3]
1997-ci ilin fevralın 24-də sakura heroinə malik olduğuna görə stimullaşdırıcıların nəzarəti qanununa əsasən həbs olunub.[4] May ayında o, şərti məhkum cəzasını alıb. Həbsi haqqında xəbər ictimailəşdiriləndə, qrupun CD-ləri musiqi mağazaların rəflərindən çıxardılıb.[5] Rurouni Kenshin anime serialının dörd seriyanın sonluğu olan qrupun The Fourth Avenue Cafe mahnısı, serialın keçmiş sonluğu olan T.M. Revolution qrupunun Heart of Sword mahnısı ilə əvəzləndirilib.[6]
Gələn bir neçə ay ərzində qrup jurnallarda üçlük olaraq göstərilirdi. Oktyabrın 17-də onlar Niji sinqlı buraxıblar. Bu sinqlda sakuranı Zi:Kill və Die in Cries qrupların barabançısı yukihiro əvəzləndirib. Noyabrın 14-də sakura qrupu tərk etdiyini rəsmən bəyan edib. Qalan üzvlər The Zombies adı altında L'Arc~en~Ciel mahnılarını ifa etməyə davam ediblər.[7] Fasilənin sonu 1997-ci ilin dekabrın 23-də keçirilən Reincarnation adlı konserti idi. Bu ilk dəfə idi ki, qrup 56 minlik adam üçün konsert verib. Konsert üçün bilətlər 4 dəqiqə ərzində satılıb.[8]
1998-ci ilin yanvarın birində yukihiro qrupa barabançı olaraq qatılıb. Həmin ayın axırında buraxılmış Winter Fall adlı sinql Oricon Singles Chart-da birinci yeri tutan qrupun ilk mahnısı olub.[9][10]
1999-cu ilin iyulun 1-də qrup Ark və Ray adlı albomları buraxıb. Onlar Yaponiyada və xaricdə (başqa Asiya ölkələrində) eyni zamanda buraxılmış ilk yapon albomları olub. Albomların ikisinin də iki milliondan çox nüsxəsi satılıb. Beləliklə Ark Oricon çartında birinci, Ray isə ikinci yeri tutub. Həmin il qrup Grand Cross Tour çərçivəsində ümumi sayında 650 mindən çox izləyici üçün 12 konsert təşkil edib.[11][12]
Musiqi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |