Lasio

Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur.

Latsio
Lazio
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

41°54′ şm. e. 12°43′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Roma
Tarixi və coğrafiyası
Yaradılıb 1970
Sahəsi
  • 17.236 km²
Hündürlük
416 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.720.536 nəf. (yanvar 2023)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu IT-62
Rəsmi sayt
Latsio xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb.

Relief map of Lazio.
Panorama of the Aniene Valley.

Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı, gəmiçilik, heyvandarlıq və balıqçılıq gəlirin əsas ənənəvi mənbələridir. Kənd təsərrüfatı şərablıq üzümlərin, meyvələrin, tərəvəzlərin və zeytunların becərilməsinə görə təsrif olunur. Latsioda sənaye inkişafı Romanın cənub əraziləri ilə məhdudlaşır.

İşləyən əhalinin təqribən 73%-i xidmət sahəsində işə götürülür. Bu əhəmiyyətli proporsiyadır, lakin bu, dövlət administrasiyasının mərkəzi olan Romada bankçılıq, turizm, sığorta və digər sektorlarda cəmlənib. Bir çox dövlət və özəl, milli və beynəlmiləl korporasiyaların Romada qərargahları var.

Latsionun məhdud sənaye sektoru və inkişaf etmiş xidmət sənayesi 2009-cu ildə İtaliya iqtisadiyyatında daha müsbət təsirə imkan yaratdı.

Latsio İtaliyanın ən çox əhalisi olan (təqribi 5,7 milyon) üçüncü regionudur. Əhalinin sıxlığı hər kv km²-ə 332 nəfərdir. Amma Rieti dağlıq və kənd əyalətində əhalinin sıxlığı hər kv km²-ə 60 nəfər olsa da yüksək urbanizasiyalaşmış Roma əyalətində əhalinin sıxlığı hər kv km²-ə 800 nəfərdir. 2010-cu ilin yanvarında İtaliyanın Milli Statistika İnstitutu İSTAT Latsioda 497,940 xarici mənşəli immiqrantın yaşadığını qeyd etmişdir və bu, region əhalisinin 8,8%-nə bərabərdir.

https://en.wikipedia.org/wiki/Lazio

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://demo.istat.it/app/?l=it&a=2023&i=D7B.