Lawsonia inermis

Xına (lat. Lawsonia inermis)[2]lawsonia cinsinə aid bitki növü.[3]

Xına
Elmi təsnifat
Beynəlxalq elmi adı
Xına ağacları

Xına – ilk dəfə Şimali Afrikada becərilməyə başlanan xına daha sonra şərqdə Hindistana ordan isə Avropaya gətirilmişdir. Xınadan uzun müddət bəzək vastəsi kimi istifadə olunub və bu gündə istifadə olunur lakin araşdırmalar göstərir ki, xına bəzək vasitəsi olmaqla yanaşı həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir.

Misir heroqliflərinə nəzər saldığımız zaman hələ qədim Misirdə xınadan müalicə vəsitəsi kimi istifadə olunduğunu görərik.

Xına ağacının gülü

Məhəmməd Möminin 1669-cu ildə yarzırdı ki, cüzamın ilk mərhələsində 14 q hənanın süzülmüş həlimini 315 q şəkərlə hər gün qəbul etmək lazımdır. Əgər bu müalicə bir ay davam edirsə, bu cüzamın şiddətlənməsinin qarşısını alar. Həna həlmindən sarılıqda, ələş xəstəliyində, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə etmək lazımdır. O, hamilə qadınlarda uşaq salmaq qabiliyyətinə malikdir. Mütəmadi 9 q quru həna qəbul edilərsə, koliti müalicə edər. Həddindən artıq qəbulu boğaza və ağ ciyərə ziyandır, hətta ölümlə nəticələnə bilər. Bu vəziyyəti traqakantın qətranı və bitli bağayarpağının toxumları aradan qaldırır. Cövhəri və həlimi yanıqlarda və dəri qızardıqda xeyirlidir. Uşaqların ağzında yaralar və afta (yaracıqlar) olduqda, ağızı həna həlimi ilə yaxalamaq lazımdır. Hənadan mərhəm şiddətli irinli şişləri özünə çəkir. Yağ ilə qarışdırılarsa – qaşınmanın qabağını alır. Gənəgərçək yarpaqlarının şirəsi ilə hazırlanmış həna mərhəmi dəridə sağalmayan çatlara və revmatizmə xeyirlidir. "Tühfət əl-möminin" (1669) müəllifi qeyd edir ki, həmin mərhəmi mərzə yağı əvəz edir.

Azərbaycan xalq təbabətində diş ağrılarında ağrını götürən bir vasitə kimi işlədilir– onu suda qarışdıraraq ağrıyan dişin oyucuna qoyurlar. Hənanı zəy, yumurta sarısı, şahtərə otunun cövhəri ilə müxtəlif dəri xəstəliklərində istifadə edirlər (28, 262).

İbn Sina (980-1037) yazır ki, həna təmiz şəkildə və ya mum mərhəmi kimi sümük sınığının üstünə qoyulur. Həna sirkə ilə baş ağrısında alına qoyulur. Hindistan v Seylon xalq şəfavericiləri bağırsaqlarda qurd olduqda həna həlimi içməyi məsləhət görürlər. Həna kökünün şirəsi və həlimi isteriya və əsəbilikdə istifadə edilir. Ovxalanmış həna yarpaqlarından mərhəm saçların uzanmasında kömək edir. Şərqi Afrikada həna yarpaqlarını cüzam xəstəliyinə qarşı vasitə kimi istifadə edirlər, toxumlarını isə stimullaşdırıcı narkotik kimi yeyirlər. Kambocada həna kökünün həlmi sidikqovucu vasitə kimi həmçinin süzənək və bronxitdə istifadə edilir (98, 67).

MÜASİR TİBB ELMİ. Bu sahədə həna geniş istifadə edilməmişdir. Eksperimental tədqiqatlar göstərir ki, bu bitkinin sarı-qırmızı piqmenti çox güclü bakterisid təsirə malikdir. Hənadan hazırlanmış maz və pasta ekzemada çox effekli təsir göstərir.

  1. Xına dərini bakteriyalardan və göbələklərdən mühafizə edir.
  2. Baş ağrısı və hərarəti aradan qaldırır
  3. Xına həmçinin sifilis xəstəliyinin müalicəsinə köməklik edir.
  4. Dırnağın və dırnaq diblərinin möhkəmlənməsində də xınanın əhəmiyyətli rolu var.
  5. Xına saçların dibini möhkəmləndirərək saç tökülmələrinin qarşısını alır, sızanaqlari civzələri yox edir.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 349.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]