Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır.[2]
Layella sindromu | |
---|---|
XBT-10 | L51.2 |
XBT-10-KM | L51.2 |
XBT-9 | 695.15 |
XBT-9-KM | 695.15[1] |
OMIM | 608579 |
DiseasesDB | 4450 |
Vikianbarda əlaqəli mediafayllar |
Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi. [2]
Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır.[2] Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud antibiotiklərin qəbulundan sonra qeydə alınır.[2]
Layella sindromu zamanı xəstə mütləq xəstəxana şəraitində intensiv terapiya şöbəsində kompleks müalicə almalıdır (Diaqnoz təsdiqindən dərhal sonra).[3] Həkim yardımı mərhələsində xəstənin sorğu sual nəticəsində, Layella sindromu termiki zədələnmədən ayırd edilərək, xəstənin təcili hospitallaşması həyata keçirilir.[3]
Həkimə qədər yardım:[4]