Layoş Fekete, Macar tarixçisidir, Birinci Dünya Müharibəsində əsir düşüb, Türkcə öyrənən Layoş (ya da Lajos), müharibədən sonra Macarıstan və Avropa arxivlərindəki Osmanlı sənədlərini incələdi, Budapeşt universitetində Türk tarixi üzrə professor təyin olundu. Sonra İstanbula çağırılıb, Baş Nazirlik Arxivindəki sənədləri araşdırmaq tapşırılır. Türkcə sənədləri araşdırdıqdan sonra Einführung in die Osmanisch-Tür-kische Diplomatik der Türkischen Botmassigheit in Ungarn (Macarıstandakı Türk Hakimiyyətində Osmanlı Türk diplomatiyasına giriş, 1926) adlı əsərini yazmışdır. Türkische Schriften aus dem Archive des Palatins Nikolaus Esterhazy 1606–1645 (Palatinus Miklos Esterhazynin arxivindəki Türkcə sənədlər 1606–1645, 1932) adlı əsərində XVII əsrin II yarısındakı Osmanlı-Macar münasibətlərini araşdırmışdır. Bundan başqa Budapest a Törökkorban (Osmanlı dönəmində Budapeşt,1944) və Rechnungsbücher des Türkischer Finazstellen in Buda 1550–1580 (Budində Türk maliyyə təşkilatının hesab dəftərləri 1550–1580, 1962) adlı əsərlərini də nəşr etdirmişdir.
Layoş Fekete | |
---|---|
Layoş Fekete | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Budapeşt, Macarıstan |
Vətəndaşlığı | Macarıstan SSR |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | Professor |
İş yerləri | Budapeşt Universiteti, Türkiyə Baş Nazirlik Arxivi |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Layoş Feketeni Azərbaycan tarixi üçün önəmli edən tərəf isə ondadır ki, o Səfəvi dövlətinin iki şahının- I Səfinin və Şah Sultan Hüseynin Azərbaycan Türkcəsində iki məktubunu arxivlərdən tapıb, nəşr etdirmişdir. Bunlar I Səfinin (1629–1649) Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda (1619–1639) məktubudur. İkincisi isə Şah Sultan Hüseynin(1694–1722) Polşa kralı Fridrix Avqusta(1694–1733) məktubudur. Bu məktubların əhəmiyyəti ondadır ki, bunlar vasitəsi ilə Səfəvilərin son şahlarının belə Azərbaycan türkcəsindən diplomatiyada istifadə etməsi sübut olunur.