Laz əlifbası (lz. Lazuri Alboni/ლაზური ალბონი)[1] — Laz xalqı tərəfindən istifadə olunan əlifba.
Uzun müddət lazların əlifbası olmamışdır. Amma 1920-ci illərdən etibarən laz dilinin əlifbasının yaradılması üçün işlər aparılmağa başlanmışdır. Proffessor Niko Maara görə Osmanlı padşahı II Əbdülhəmid dövründə bu işlə məşğul olan Hopalı Faiq Əfəndi təzyiqlərə məruz qalmışdır, ailəsi ilə birlikdə sürgün edilərək işləri alınmışdır.
Laz əlifbasının yaradılmasındaən böyük pay sahibi İsgəndər Zitdir. İsgəndər Zit 1920-ci illərdə SSRİ-də latın mənşəli Laz əlifbası hazırlamışdır. O dövrdə SSRİ-də açılan laz məktəblərində bu əlifbadan istifadə olunmuşdur. Həmçinin İsgəndər Zit bu əlifba ilə birçoxkitab yazmışdır. İsgəndər Zit lazdilinin yazılı dil olması üçün göstərdiyi cəhdlərə görə 1938-ci ildə öldürülmüşdür.
Fəxri Lazoğlu tərəfindən latın əlifbasına əsasən hazırlanan başqa laz əlifbası 1984-cü ildəortaya çıxmışdır. O bu işə 1970-ci illərdə başlamışdı. Lazoğlu əlifbası ilk dəfə Almaniyada yaşayan lazlar tərəfindən LAZEBURA adlı jurnalda nəşr olunmuş və qafqazoloji konqreslərdə təqdim olunmuşdur. 35 hərfli bu Laz əlifbası 1993-cü ildə OGNİ jurnalında yayınlandıqdan sonra Türkiyə lazları tərəfindən də istifadə olunmağa başlanmışdır.
Gürcüstanda yaşayan lazlar gürcü əlifbasından da istifadə edirlər.
Latin Laz əlifbası | Mxedruli Laz əlifbası | Latin Laz əlifbası | Mxedruli Laz əlifbası | |
---|---|---|---|---|
A | ა | B | ბ | |
C | ჯ | Ḉ | ჭ | |
D | დ | E | ე | |
F | ჶ | G | გ | |
Ğ | ღ | H | ჰ | |
X | ხ | I | ი | |
J | ჟ | K | ქ | |
Ǩ | კ | Q | ყ | |
L | ლ | M | მ | |
N | ნ | O | ო | |
P | ფ | Ṕ | პ | |
R | რ | S | ს | |
Ş | შ | T | თ | |
Ť | ტ | U | უ | |
V | ვ | Y | ჲ | |
Z | ზ | Ž (dz) | ძ | |
Ʒ (ts) | ც | Ǯ (tz) | წ |