Lazur pəncərəsi

Lacivərd pəncərə 2006-cı ildə

Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsiMaltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır.

2012-ci ildə müəyyən bir hissəsi çökdükdən sonra

İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib.

Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb.

Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır.[1][2] Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir.[1] Bu ərazi xüsusi mühafizə sahəsinə[2][3] və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib.[2][4]

1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir.[3] Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.[5] 2013-cü ilin mart ayında kəmərin başqa bir hissəsi dənizə çökür. Geoloji və geotexniki hesabat dörd ay sonra hazırlanır. Hesabatda qaya parçalarının düşməsinin davam edəcəyi və insanların kəmərə yaxınlaşmaları təhlükəli ola biləcəyi ifadə edilsə də, kəmərin "nisbətən sabit olduğu və bir neçə il bu şəkildə qalmağa davam edəcəyi" açıqlanır.[2][3]

Sonrakı illərdə, əlavə qaya parçalarının düşəcəyi və çatların olacağı bildirilir.[6] Eroziyanın davam etməsi səbəbindən insanların təpəyə qalxmalarına mane olmaq üçün xəbərdarlıq işarələri qoyulur və balıqçıların gəmiləri ilə kəmərə yaxınlaşmasına icazə verilmir.[2][7] Lakin bir çox adamlar nizamlı olaraq kəmərin üzərindən keçməyə davam edir[8] və qayalar düşməyə davam etdikdə belə kəmərin üzərindən sərbəst şəkildə dənizə tullanan insanların videoları YouTube sosial şəbəkəsinə yüklənir.[9][10]

2016-cı ilin dekabr ayında insanların kəmərə çıxmasını və keçid etməsini qadağan edən təcili əmr elan edildi və icazəsiz kəmərə çıxanlara 1500 € pul cəzası veriləcəyi açıqlandı.[11] Lakin bu qanun həyata keçirilmədi və ziyarətçilər kəmər 2017-ci ilin mart ayında kəmər çökənə qədər onun üstündə gəzməyə davam etdilər.[12]

2012-ci ildə dənizə düşən sütunun bir hissəsi

8 mart 2017-ci ildə yerli saatla 09:40-da (08: 40 UTC) şiddətli bir fırtına nəticəsində sütun da daxil olmaqla kəmərin hamısı çökür və hazırda Lacivərd pəncərəndən dəniz səviyyəsində heç bir qalıq qalmayıb.[12][13][14]

Bu hadisə həm yerli, həm də beynəlxalq mediada öz əksini tapıb.[13][15] Malta Baş naziri Cozef Muskat və müxalifət lideri Simon Busuttil Lacivərd pəncərənin çökməsinə Twitter sosial şəbəkəsində reaksiyasını bildirib.[16][17] Muskat paylaşdığı tvitdə "İllərdi hazırlanan hesabatlar bu təbiət möcüzəsinin təbii erroziyaya qurban getməsinin qaçılmaz olduğuna işarə edirdi və o acı gün gəldi" ifadələrindən istifadə edib. Bundan əlavə, kənmərin çökməsi Malta mediasında internet fenomeni mövzusu olub.[18][19] Malta Ekologiya və Təbii Ehtiyatlar Təşkilatı kəmərin çökməsini Malta mədəni irsi üçün böyük bir itki olaraq açıqlayıb.[12]

Lacivərd pəncərə təxminən 28 m (92 ft) hündürlüyündə və 25 m (82 ft) açıqlığında bir kəmər idi. Dveyra nöqtəsi olaraq tanınan bir burnun ucunda yerləşirdi. Kəmər A üzvü və B üzvü kimi tanınan iki növ aşağı Korallin əhəng daşından ibarətdir. A üzvü kəmərin sütun və bünövrəsini formalaşdırır və B üzvü kəmərin dəstəksiz qalan üst qatını təşkil edir.[3]

2012-ci ildə təbii coğrafiyası ilə Lacivərd pəncərənin mənzərəsi

Populyar mədəniyyətdə yeri

[redaktə | mənbəni redaktə et]

Mavi Pəncərə "Titanların döyüşü" (1981) və "Monte Kristo Qrafı" (2002) kimi bir çox filmlərdə ve The Odyssey (1997)[20] ve Game of Thrones[21] kimi televiziya seriallarında məkan olaraq istifadə edilib.[22]

  1. 1 2 Dwejra — A Coastal Nature Park (PDF). Life Project (Report). European Commission. pp. 1–8. Archived from the original (PDF) on 25 September 2008.
  2. 1 2 3 4 5 Martin, Ivan (19 July 2013). "The Azure Window is still safe… for now"Times of Malta. Archived from the original on 10 June 2016.
  3. 1 2 3 4 Geoscience Consulting (July 2013). Geological and geotechnical report on the Azure Window, Gozo: Rock assessment and recommendations for preservation and conservation. (PDF) (Report). Ministry for Sustainable Development, the Environment and Climate Change. Archived from the original (PDF) on 8 March 2017.
  4. "Qawra/Dwejra"UNESCO. Archived from the original on 1 April 2016.
  5. "Part of Dwejra 'Azure window' collapses"Times of Malta. 17 April 2012. Archived from the original on 10 June 2016.
  6. "A huge part of the Dwejra Window rock collapsed"TVM. 26 June 2016. Archived from the original on 29 June 2016.
  7. "Dwejra Azure Window fissure grows, collapse may be close"The Malta Independent. 6 December 2015. Archived from the original on 23 June 2016.
  8. "Iconic Azure Window in Dwejra loses another chunk (but people are still walking on it)"The Malta Independent. 29 August 2016. Archived from the original on 29 August 2016.
  9. Mizzi, Daniel (27 November 2016). "Rocks fall off picturesque Azure Window after cliff jumper dive"Malta Today. Archived from the original on 27 November 2016.
  10. "Watch: Rocks fall as man jumps off the Azure Window"Times of Malta. 27 November 2016. Archived from the original on 28 November 2016.
  11. "€1,500 fine if you step on Azure Window from now on"Times of Malta. 3 December 2016. Archived from the original on 4 December 2016.
  12. 1 2 3 "Dozens trespass across Azure Window without a care in the world"Times of Malta. 4 March 2017. Archived from the original on 4 March 2017.
  13. 1 2 "Dwejra Window collapses; geologist says pillar gave way"The Malta Independent. 8 March 2017. Archived from the original on 8 March 2017.
  14. Schicluna, Chris; Balmer, Crispian (8 March 2017). "Malta's 'Azure Window' rock formation collapses into the sea". Reuters. Archived from the original on 8 March 2017.
  15. "Malta's Azure Window collapses into the sea"BBC News Online. 8 March 2017. Archived from the original on 8 March 2017.
  16. Østbø, Stein (8 March 2017). "Kjent turistattraksjon kollapset: Asurvinduet – eller Azure Window – på Gozo utenfor Malta kollapset i storm onsdag morgen."VG (in Norwegian). Archived from the original on 8 March 2017.
  17. "The Azure Window: lost and gone forever"Times of Malta. 8 March 2017. Archived from the original on 8 March 2017.
  18. "The Azure Window: humour takes over"Times of Malta. 8 March 2017. Archived from the original on 8 March 2017.
  19. Grech Urpani, David (8 March 2017). "13 Brutally Hilarious Memes of the Azure Window Collapse"Lovin Malta. Archived from the original on 8 March 2017.
  20. Andrews, Travis M. "'That sad day arrived': Malta's Azure Window, as seen on 'Game of Thrones,' collapses into sea". The Washington Post. 9 March 2017. 17 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2017.
  21. Roberts, Josh. "Where HBO's hit Game of Thrones was filmed". USA Today. 1 April 2012. 1 April 2012 tarixində arxivləşdirilib.
  22. Khomami, Nadia (8 March 2017). "'It's heartbreaking': Maltese mourn collapse of Azure Window arch"The Guardian. Archived from the original on 8 March 2017.