Leonid Nikolayeviç Andreyev (rus. Леони́д Никола́евич Андре́ев) (9 (21) avqust 1871[1][2][…], Oryol[1][5][…] – 12 sentyabr 1919[1][3][…]) Rus ədəbiyyatında ekspressionizmin atası hesab edilən rus dramaturqu, romançı və qısa hekayələr yazıçısı idi. O, dövrünün ən istedadlı və məhsuldar nümayəndələrindən biri kimi qəbul edilir. Andreyevin üslubu ədəbiyyatda realist , naturalist və simvolist elementlərini özündə birləşdirir. 25 pyesdən 1915 -ci ildə yazdığı “Şillələnən” əsəri onun ən yaxşı uğuru hesab olunur.
Leonid Andreyev | |
---|---|
Təxəllüsü | James Lynch, Л.— ев |
Doğum tarixi | 9 (21) avqust 1871[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1919[1][3][…] (48 yaşında) |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | dramaturq, yazıçı, jurnalist, hekayəçi[d], şair, nasir |
Fəaliyyət illəri | 1889-cu ildən |
Əsərlərinin dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Andreyev 1871-ci ildə Rusiyanın Orel şəhərində anadan olub. 1891-ci ildə Sankt- Peterburq Universitetinə daxil olur amma yoxsulluq üzündən universiteti atmağa məcbur olur. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib, ancaq bir il hüquqla maraqlanıb. O, Moskvanın “Moskovskiy Vestnik” qəzetinin polis-məhkəmə müxbiri kimi işləməyə başladı. Andreyev ilk hekayəsi olan, "Kasıb bir tələbə haqqında" əsərini nəşr etdi. Bu hekayənin mövzusu onun tələbəlik illərinə söykənirdi. Qorki Ceyms Linç tərəfindən nəşr olunan hekayələrini “Moskovskiy Kuryer” qəzetində çap olundu. Andreyev 1902-ci ildə "Siste" (В тумане) povestini yazmışdır.
Onun əsərlərində 1905-1917-ci illər inqilablarının çətinliklərini əks etdirirdi. Çar hakimiyyətinə qarşı 1905-ci il inqilabının uğursuzluğu onun psixi depressiyaya düşməsinə səbəb olur. Birinci Dünya Müharibəsindən sonra o, özünü tamamilə anti- bolşevik pyesləri yazmağa həsr etdi.