Leonid Arkadyeviç Yakuboviç (31 iyul 1945, Moskva, SSRİ) — Sovet və Rus televiziya aparıcısı, aktyor, ssenarist, yazıçı, prodüser . Rusiya Federasiyasının xalq artisti (2002) . Rusiya Yəhudi Konqresi İctimai Şurasının üzvü . Daha çox "Pole çudes" verilişinin aparıcısı və bədii rəhbəri kimi tanınır.
Leonid Yakuboviç | |
---|---|
rus. Леонид Аркадьевич Якубович | |
Doğum tarixi | 31 iyul 1945[1] (79 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, televiziya aparıcısı, aparıcı, prodüser, ssenarist, televiziya aktyoru, KVN aktyoru[d], film prodüseri, nasir |
Fəaliyyət illəri | 1980-ci ildən |
Təhsili |
|
Mükafatları |
|
IMDb | ID0945112 |
yakubovitch.com | |
Vikianbarda əlaqəli mediafayllar |
31 iyul 1945-ci ildə Moskvada anadan olub.
Atası — Arkadi Solomonoviç Yakuboviç (1913–1983) — mühəndis, dizayn bürosunun müdiri, Böyük Vətən Müharibəsinin iştirakçısı, Qırmızı Ulduz ordeni sahibi Anası — Rimma Semyonovna Yakuboviç (qızlıq soyadı Şenker; 1919–2005) — həkim-ginekoloq
Moskva Elektron Mühəndislik İnstitutunada təhsil aldığı illərdə Tələbə Miniatürlər Teatrında oynamışdır. Sonra təhsilini V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutuna davam etdirir . Təhsil aldığı müddətdə 1960–70-ci illərdə institutun ŞHK komandasında oynayıb.
1976–1977-ci illərdə Lixaçyov adına zavodda tornaçı kimi çalışıb.
1979-cu ildən ədəbi fəaliyyətlə məşğul olur "Hə, oğlanlar!" və "Hə, qızlar!" verilişlərinin mətn və senarilərini yazmışdır. 1980-ci ildən — Moskva dramaturqları İttifaq Komitəsinin üzvüdür.
1988-ci ildə ilk Moskva gözəllik yarışının ssenari müəllifi və aparıcısı olmuşdur.
1984-cü ildən 1991-ci illərdə auksionçu kimi fəaliyyət göstərib.
1991-ci ildə o, yeni aparıcı " Pole çudes" verilişinin sınaq çəkilişlərinə qatılmış və uğur qazanmışdır. 1991-ci ilin noyabr ayından bu günə qədər televiziya oyununun daimi aparıcısı, eyni zamanda rəhbəridir.
"Rusiya Bilyard İdman Federasiyası"nın vitse-prezidenti olmuşdur .
1997-ci ildə Türkiyədə keçirilən ilk Dünya Aerokosmik Olimpiya Oyunlarında iştirak etmişdir .
1995-ci ildə Dövlət Dumasına seçkilərə qatılmış, amma təmsil olunduğu partiya 5%-lik həddi keçə bilməmişdir.