Leonti Mroveli (gürc. ლეონტი მროველი; v. XI əsr) — XI əsr gürcü tarixçisi, yepiskop.
Leonti Mroveli | |
---|---|
Vəfat tarixi | XI əsr |
Fəaliyyəti | tarixçi, yazıçı, salnaməçi |
Buntürklərin qədim tarixindən xəbər verən Leonti Mrovelinin "Kartlis çarının həyatı" əsərində oxuyuruq: "Buntürklər qıpçaqlar adlandırdığımız bütpərəst qəbilələridir. Onlar Msxeta ətrafında qədimdən yer seçərək onu tikmiş, güclü istehkama çevirmiş və Sarkine adlandırmışlar".
L.Mroveli daha sonra məlumat verir ki, İran çarı Keyxosro türklərlə müharibəyə başladı və bu türklərin bəziləri Keyxosro tərəfindən qovuldu. 28 ev Qurqan (Kaspi) dənizindən keçib Kürlə üzü yuxarı Mesxetiyə gəldilər. Onlar domovladıka Mesxetiyə müraciət edib iranlılara qarşı kömək istədilər. Domovladıka Mesxeti bu barədə bütün kartvellərə xəbər verdi. Onlar (kartvellər) türklərlə dostlaşmaq arzusunu bildirdilər, çünki iranlılardan qorxurdular.