Leonurus cardiaca var. hirtella

Adi damotu (lat. Leonurus cardiaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.

Adi damotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur.

Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur. Erkəkcik sapı ağımtıldır. Toxumları təqribən 2,5 mm uzunda, üçtərəflidir. Tərsyumurtavari, hamar, parlaqdır. Meyvəsi dördkünclü fındıqçıqdan ibarətdir. Bitki iyun-iyul aylarında çiçəkləyir. Meyvələri iyun-avqustda yetişir.

Azərbaycanın orta dağ qurşağına kimi bütün rayonlarında alaqlı yerlərdə, bostanlarda, bəzən dağ ətəklərində, dərələrdə bitir.

Dərman məqsədilə yerüstü hissələri bitki çiçəkləyən dövrdə toplanır. Toplanarkən yerdən 30-40 sm yuxarı olan yarpaq və çiçəkli baş hissələri götürülür, talvar altınada qurudulur və istifadəyə verilir.

Elmi təbabətdə sulu dəmləməsi və spirtli cövhəri əsəb sistemi xəstəliklərində və ürək-damar nevrozlarında sakitləşdirici dərman kimi istifadə edilir. Farmakoloji təsirinə görə pişikotu preparatlarına yaxındır. Hipotenziv və kardiotonik təsirə malikdir. Bu məqsədlə spirtli cövhərindən 30-40 damcı daxilə təyin olunur.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi düzqalxan, yuxarı hissəsi budaqlanan, dördtilli, qalın tükcüklü, hündürlüyü 100-150 sm-ə bərabərdir. Yarpaqları ürəyəbənzər, qarşı-qarşıya, saplağı dairəvi-yumurtaşəkilli və ya yumurtaşəkillidən, enli neştərşəkilliyə qədər olub, uzunluğu 14 sm qədər, eni isə 10 sm olmaqla, demək olar ki, barmağabənzər 5 pərli və çoxdişlidir. Yarpaqları yumşaq tükcuklü olmaqla, qonur rənglidir. Orta və aşağı yarpaqları iri barmağabənzər 5 pərli, yuxarı yarpaqları isə nazik, qısa və 3pərlidir. Çiçəkləri demək olar ki, oturaqdır. Çiçək altlığı bizvarı itiucludur. Kasacığın xarici hissəsi tükcüklü, üçbucağabənzər dişcikli olmaqla, küt sonluqla qurtarır. Meyvələri qutucuqlu, zirvəsi tükcüklü, zeytunu-yaşıl olub, uzunluğu 2 mm-ə bərabərdir. İyun-iyul aylarında (15-25 gün) çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Zəif iyli və acı dadlıdır.

Xüsusən səhralarda, köhnə parklarda və yaşayış məntəqələrinə yaxın yerlərdə rast gəlinir.

Yabanı və mədəni ot bikisi olan adi şirquyruğu bitki çiçəkləyən dövrdə gövdə, çiçək və yarpaqları keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Xammal bıçaq və ya oraqla gövdənin uc hissəsindən 30-40 sm uzunluğunda kəsilərək götürülür. Bikinin kök və cavan pöhrələrini kəsmək olmaz. Xammalın təkrar toplanılması 1-2 ildən sonra aparıla bilər. Xammalın qurudulması çardax və naveslərdə, yaxşı ventiliyasiyalı yerlərdə və ya 50-600 C temperaturda quruducu şkafda aparılmalıdır.

Quru yerlərdə saxlanılır. Apteklərdə əsasən yeşiklərdə, anbarlarda isə taylarda saxlanılır. Saxlanılma müddəti 3 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində flavonoidlər (rutin, kverçetin, kverçitrin, hiperozid), qlükozidlər, aşı maddələri, saponinlər və efir yağları vardır.

Sedativ dərman maddəsi olmaqla, qan təzyiqini aşağı salır və ürəyin ritmini azaldır. Karbohidrat və yağ mübadiləsini yaxşılaşdırır, zülal mübadiləsini normallaşdırır.

Ürək damotunun məhlulu (1:5) 70 % etil spirtində. Sedativ dərmandır.

Ürək damotunun ekstraktı. Sedativ dərmandır.

Ürək damotunun həbi 0,014 q. Sedativ dərmandır.

Ürək damotundan alınan preparatlar nevroz, hipertoniya, ürəyin işemik xəstəliyi, tireotoksikoz, yuxusuzluq və vegetativ damar distoniyasında işlədilir. Bundan başqa mədə-bağırsaq nevrozunda, meteorizmdə spastik kolitlərdə də təyin edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Lamium cardiaca (L.) Baill.
  • Leonurus ruderalis Salisb.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Cardiaca crispa (Murray) Moench
  • Cardiaca glabra Gilib.
  • Cardiaca stachys Medik.
  • Cardiaca trilobata Lam.
  • Cardiaca vulgaris Moench
  • Leonurus aconitifolius Scheidw.
  • Leonurus campestris Andrz. ex Benth.
  • Leonurus cardiaca var. adscendens K.Koch
  • Leonurus cardiaca var. capitatus Wender.
  • Leonurus cardiaca var. hirtella Holub
  • Leonurus cardiaca var. intermedius Holub
  • Leonurus cardiaca subsp. intermedius (Holub) Dostál
  • Leonurus cardiaca var. rotundifolia Zalewski
  • Leonurus crispus Murray
  • Leonurus discolor W.D.J.Koch
  • Leonurus glabra (Gilib.) Gilib.
  • Leonurus illyricus Benth.
  • Leonurus intermedius Holub
  • Leonurus lacerus Lindl.
  • Leonurus multifidus Raf.
  • Leonurus neglectus Schrank
  • Leonurus trilobatus (Lam.) Dulac
  • Stachys triloba Stokes
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 584.