Leopold Kilholts (alm. Leopold Kielholz; d. 9 iyun 1911, Bazel – ö. 4 iyun 1980,[2] Sürix) – isveçrəli hücumçu. 1934 və 1938-ci illərdə Futbol üzrə Dünya çempionatlarında iştirak etmiş, 3 qol vurmuşdur. İsveçrə milli futbol komandasının dünya çempionatında ilk qolunun müəllifi olmuşdur. Oyunlar zamanı eynək taxırdı.[1]
Leopold Kilholts | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Leopold Kielholz | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Poldi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bazel, İsveçrə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (68 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | Sürix, İsveçrə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Futbol karyerasına 1927-ci ildə "Old Boyz Bazel" klubunda başlamışdır. Bir il sonra "Blek Starz Bazel", daha iki il sonra isə "Bazel" klubuna transfer olunmuşdur. 1932-ci ildə "Servett" klubuna keçmişdir. Komandası üçün dünya çempionatlarında oynayanda "Servett" və "Yanq Fellouz Yuventus" klublarında çıxış edirdi. 1936-1937-ci illərdə Fransanın "Reyms" klubunda oynamışdır.[2]
İsveçrə milli komandasında 1933-cü ildə debüt etmişdir. 17 oyunda 12 qol vurmuşdur.[3] Milli komandada son çıxışı 1938-ci ildə Belçikaya qarşı oyun olmuşdur.
1936-1937-ci illərdə "Reyms" klubunun,[4] 1950-1953 və 1954-1958-ci illərdə İsveçrə milli komandasının baş məşqçisi olmuşdur.[5]