Les Kurbas adına Lvov Akademik Teatrı

Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır.[1] Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır.[2]

Les Kurbas adına Lvov Akademik Teatrı
Xəritə
Ümumi məlumatlar
Əsası qoyulub 1988
Yerləşməsi
49°50′31″ şm. e. 24°01′31″ ş. u.
Ölkə
Yerləşir Lvov
Les Kurbas adına Lvov Akademik Teatrı xəritədə
Les Kurbas adına Lvov Akademik Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı
kurbas.lviv.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür. Fasadın kompozisiyasında şaquli vurğu üstünlük təşkil edir, fasadı pillələrə bölən üfüqi kornişlər və şüalarla tamamlanır. Pəncərələr düzbucaqlı və ya oxşəkillidir. Geniş eyvan teatrın foyesinə aparan mərkəzi girişin üstündən asılır. Yan giriş yuxarı mərtəbələrə aparır. Binanın fasadı art-nuvoneoqotika üslublarında bəzədilmişdir.[3] Ovalşəkilli zalın dərinliyi 11,5 metr, hündürlüyü 6,5 metr, səhnə güzgüsü 4,5–5,5 metrdir. Şüa və lojların metaldan tikintisində istifadə olunmuşdur. Binanın tavanı Ziqmund Balkın ornamental rəsm əsəri ilə örtülmüşdür. Binanın eyvan və səhnə güzgüsü Fransiska Bernat tərəfindən orta əsrlər motivləri əsasında hazırlanmış qrotesk barelyeflərlə bəzədilmişdir. Maryan Olşevski tərəfindən "Vakxanaliya" pərdəsi burada nümayiş olunur.[4]

1908-ci ildə Vyana Memarlıq Bürosu art-nuvo üslubunda üç mərtəbəli teatr binası haqqında layihə təsdiq etmişdir. Bu layihə 1909-cu ildə Lvovdan olan memarlar Ziqmund Fyodorski və Stanislav Matsudzinski tərəfindən yenidən işlənmişdir. Memarlar yalnız neoqotika üslubunda bir bina yaratmamış, həm də binanın interyerinin dizaynına təsir göstərmişdilər. Virmenska küçəsində yerləşdirilən stenddə İohann Ştraussun "Yarasa" operettasının nümayişi haqqında "Kazino de Pari" plakatı yerləşdirilmişdir. 1911–1918-ci illərdə estradada kinoteatr fəaliyyət göstərirdi. 1916–1918-ci illərdə kinoteatrın sahibi Qızıl Xaç olmuşdur. 1916-cı ildə kinoteatr öz adını "Qızıl Xaç Kinoteatrı" olaraq dəyişdirmişdir. Təşkilat buradan əldə etdiyi qazancın əhəmiyyətli hissəsini əsgərlərə və onların ailələrinə yardım etmək üçün ayırmışdı. Kinoteatr 1918-ci ilə qədər mövcud olmuşdur. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Vyana kimostudiyasının "Uraniya" nümayəndəliyi Lvovda fəaliyyətini dayandırdıqdan sonra kinoteatr da ləğv edilmişdir. 1920-ci ildən binada "Baqatel" ədəbi-bədii teatrı fəaliyyət göstərir. Teatrın fəaliyyətinin ən uğurlu illəri cənab Bronislav Bronovskinin rejissorluğu dövrü olmuşdur. 1925-ci ildə teatrda ailəvi rəqs klubu fəaliyyətə başlamışdır. Odur ki, 1926–1827-ci illərdə "Stadnik" truppası burada çıxış etmişdir. 1930-cu illərdə, cazın çiçəklənmə dövründə dünyanın müxtəlif yerlərindən müxtəlif caz ifaçıları "Kazino de Pari" səhnəsində tez-tez qonaq olurdular. 1937-ci və 1939-cu illərdə Eddi Rozner öz qrupu ilə birlikdə burada çıxış etmişdir. 1940-cı ildən bina sovet administrasiyasının mülkiyyətinə keçmişdir. Burada dövlət rayon filarmoniyası və orkestri fəaliyyət göstərmişdir. 1950-ci illərin əvvəllərində binada Pionerlər Sarayı fəaliyyət göstərmişdir. 1960-cı illərdə binada Rayon Xalq Yaradıcılığı Mərkəzi yerləşirdi.[5]

1980-ci illərin axırlarında Ukraynada studiya teatrları hərəkəti başlamışdır. 1988-ci ildə bu binada Lvov Ukrayna Gənclər Teatrı yaradımışdır. Sonradan bu teatr Les Kurbas adına Lvov Akademik Teatrına çevrilmişdir. 2 mart 2020-ci il tarixində "Kazino de Pari" estrada teatrının açılışının 110 illiyi münasibətilə 110 illiyi münasibətilə binanın tarixinə həsr olunmuş "Hekayələr. Kosmos. Vaxt" sərgisinin təqdimatı ilə bayram gecəsi keçirilmişdir.[5]

2007

  • Boris Romanitski adına teatr sənəti sahəsində Lvov regional mükafatı – "Qodotu gözləyirik"
  • Festivalın ən yaxşı tamaşasına görə baş mükafat – "Qodonu gözləyirik", M.Art. Kontank (Mogilyov, Belarus)
  • Ən yaxşı aktyor ansamblı üçün münsiflər heyətinin alternativ mükafatı – "Qodonu gözləyirik", M.Art. Kontank (Mogilyov, Belarus)
  • Teatra akademik status verilmişdir

2006

  • Festivalın ən yaxşı tamaşası üçün Qran Pri – "Qodotu gözləyirik", Bosforski aqoni (Kerç)
  • Birinci planın ən yaxşı kişi rolu – Oleq Stefan, "Lənətlənmiş Marko və ya Şərq əfsanəsi", Teatron (Xarkov)
  • Taras Şevçenko adına Ukrayna Milli mükafatı

2002

  • Festivalın ən yaxşı çıxışına görə Qran Pri – "Erosun tərifi", Stobi-2002 (Şimali Makedoniya)
  • Festivalın ən yaxşı aktyoru mükafatı – Oleq Tsyona, "Erosun tərifi", Stobi-2002 (Şimali Makedoniya)
  • Festivalın ən yaxşı aktyoru üçün mükafat – Andrey Vodiçev, "Apokrif", Bosforski aqoni (Kerç)
  • Festivalın ən yaxşı aktrisası üçün mükafat – Nataliya Polovinka, "Apokrif", Bosforski aqoni (Kerç)
  • "Krım Muxtar Respublikasının əməkdar artisti" fəxri adı  — Vladimir Kuçinski

2001

  • Festivalın ən yaxşı tamaşasına görə baş mükafat – "Apokrif", Bosforski aqoni (Kerç)
  • Ən yaxşı rejissorluq mükafatı, Volodymyr Kuchynskyi – "Apokrif", Bosforski aqoni (Kerç)
  • Ən yaxşı rejissorluq mükafatı, Volodymyr Kuchynskyi –" Erosun tərifi", Bosforski aqoni (Kerç)
  • Festivalın ən yaxşı çıxışı üçün Qran Pri – "Apokrif", Xerson oyunları (Sevastopol)
  • Festivalın ən yaxşı aktrisası üçün mükafat  – Nataliya Polovinka, "Apokrif", Xerson oyunları (Sevastopol)

2000

  • Les Kurbas adına Dövlət mükafatı – Vladimir Kuçinski
  • Festivalın ən yaxşı aktyoru üçün mükafat – Oleq Stefan, Qızıl şir (Lvov)

1998

  • "Ukraynanın əməkdar artisti" fəxri adı – Tatyana Kaspruk

1997

  • Festivalın ən yaxşı tamaşasına görə baş mükafat – "Faust üçün əyləncə", Slavyan tacı (Moskva)
  • Festivalın ən yaxşı aktyoru mükafatı – Oleq Draç, "Faust üçün əyləncə", Slavyan tacı (Moskva)
  • "Ukraynanın əməkdar artisti" fəxri adı – Oleq Draç

1994

  • Festivalın ən yaxşı çıxışına görə baş mükafat – "Faust üçün əyləncə", Xerson oyunları (Sevastopol)
  • Festivalın ən yaxşı aktyoru üçün mükafat – Oleq Draç, "Faust üçün əyləncə", Xerson oyunları (Sevastopol)
  • Festivalın ən yaxşı tamaşasına görə baş mükafat – "Faust üçün əyləncə", Qızıl şir (Lvov)
  • Ən yaxşı rejissorluq mükafatı – Vladimir Kuçinski, "Faust üçün əyləncə", Qızıl şir (Lvov)
  • Festivalın ən yaxşı aktyoru mükafatı – Oleq Draç, "Faust üçün əyləncə", Qızıl şir (Lvov)
  • Ən yaxşı geyimlərə görə mükafat – Olqa Baklan, "Faust üçün əyləncə", Qızıl şir (Lvov)
  • Ən yaxşı ssenariyə görə mükafat – Aleksandr Overçuk, "Faust üçün əyləncə", Qızıl şir (Lvov)
  • "Ukraynanın əməkdar artisti" fəxri adı – Vladimir Kuçinski

1989

  • Vasil Stus adına mükafat
  • "Festivalın ən yaxşı aktyoru" mükafatı – Oleq Draç, "Kral III Henrinin məhkəməsi", Qızıl şir (Lvov)
  1. "Олег Цьона". kurbas.lviv.ua (ukrayna). 25 грудня 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.
  2. "Львівський академічний театр імені Леся Курбаса святкує 30 років". kray.org.ua (Ukrainian). March 27, 2018. December 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  3. Дарина та Володимир ОЛЬШАНСЬКІ. "Історія одного театру" (ua). Г-та «Збруч». 2 лютого 2021. 12 квітня 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-2-03. (#apostrophe_markup)
  4. "Львівський академічний театр ім. Леся Курбаса | Місця". 22 лютого 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  5. 1 2 "Львівський академічний театр ім. Леся Курбаса". kurbas.lviv.ua (ukrayna). 28 січня 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]