Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı — dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılmışdır.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı
IRCRCM
Loqonun şəkli
Yaranma tarixi 17 fevral 1863[1]
Mərkəzi
Qurucusu
Üzvləri
  • 300.000 nəf.
icrc.org
ifrc.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir:

  • Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC)[2]— xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsveçrənin Cenevrə şəhərində Anri Dünan[3] and Gustave Moynier[4] tərəfindən yaradılmışdır. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə (1917, 1944, 1963) Nobel Sülh Mükafatına layiq görülüb[5].
  • Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası[6]1919-cu ildə yaradılıb və hazırda hərəkat daxilində 190 Milli Qızıl Xaç Və Qızıl Aypara Cəmiyyəti arasında fəaliyyətləri koordinasiya edir. Bu federasiya beynəlxalq səviyyədə Milli cəmiyyətlərə dəstək verir. Beynəlxalq Federasiyalar Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. Federasiya 1963-cü ildə (o zaman Qızıl Xaç Cəmiyyətlər Liqası adlanırdı) ICRC birlikdə Nobel Sülh Mükafatına layiq görülür.
  • Milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətiləri — dünyanın 190 ölkəsində mövcuddur. Hər bir Milli Cəmiyyət beynəlxalq humanitar hüququn prinsiplərinə və Beynəlxalq Hərəkatının nizamnaməsinə əsasən fəaliyyət göstərirlər. Milli Cəmiyyətlər spesifik stiuasiya və imkanlardan asılı olaraq beynəlxalq humanitar hüquqa və Beynəlxalq Hərəkatının mandatına aid olmayan əlavə işlərə cəlb oluna bilərlər. Milli Cəmiyyətlər çox ölkələrdə sıx olaraq öz ölkələrinin milli səhiyyə xidməti sisteminə bağlı olurlar və təcili tibbi yardım göstərirlər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti regionda ilk olaraq 1920-ci ildə yaradılmışdır.

Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC)[2]

[redaktə | mənbəni redaktə et]

Solferino, Jan-Henri Dünan (Jean-Henry Dunant) və fondu

[redaktə | mənbəni redaktə et]
Henri Düran (Jean-Henri Dunant), "Solferino xatirələri " əsərinin müəllifi.

XIX əsrin ortalarına qədər orduda zərəçəkmişlərə tibbi yardım göstərmək və döyüş meydanlarında yaralanmış əsgərləri yerləşdirmək və müalicət etmək üçün yaxşı təşkil olunmuş heç bir səhiyyə institutu mövcud deyildi. İslahatçı dindar xristian olan, İsveçrəli iş adamı Henri Dünan (Jan-Henri Dünan) 1859-cu ilin iyun ayıında o zaman Fransa işğalı altında olan Əlcəzairdə biznes qurmaqla bağlı Fransa imperatoru III Napoleon ilə danışıqlar aparmaq üçün İtaliyaya səfər edir[7]. O, 24 iyunun axşamı Avstria-Sardiniya müharibəsi ilə əlaqədar baş vermiş Solferino döyüşündən sonra kiçik şəhər olan Solferinoya çatır. Bir gün ərzində ümumilikdə hər iki tərəfdən təxminən 40000 əsgər ölü və yaralı halda döyüş meydanında qalmışdı. Henri Dünan yaralardan şiddətli əziyyət çəkən əsgərləri və onlara heç bir tibbi yardımın olunmaması ilə müşahidə olunan döyüşün arxada buraxdığı mənzərəni görərək dəhşətə gəlir. O, səyahət məqsədindən tamamilə əl çəkərək özünü həsr edir bir neçə gün yaralıların müalicə olunmasına və qayğısına qalınmasına. Yerli kəndlilələ birlikdə heç bir ayrı-seçkilik qoymadan yaralılara kömək göstərilməsi işini təşkil edir.

Cenevrəyə evinə qayıtdıqdan sonra "Solferino xatirələri" adlı kitab yazmağı qərara alır və 1862-ci ildə nəşr etdirir. Henri Dünan kitabın surətlərini Avropanın aparıcı siyasi liderlərinə, yüksək rütbəli hərbi fiqurlarına və dəyişiklik etməkdə ona kömək edə biləcək insanlara göndərir. Solferinoda yaşadıqlarını təsvir etməklə qalmyıb, Xristian təlimindən ilhamlanaraq və Solferinoda görüklərindən[7][8][9] təsirlənərək müharibələr zamanı yaralılara kömək etmək üçün açıq şəkildə milli könüllü yardım təşkilatlarının yaradılmasını təbliğ və müdafiə edirdi. Əlavə olaraq, o, tibb işçilərinin və yaralı əsgərlərin müalicə olduğu xəstəxanaların qorunmasınına zəmanət verə biləcək beynəlxalq müqavilənin formalaşdırılmasına çağırırdı.

Beşlər komitəsi: Louis Appia, Guillaume-Henri Dufour, Henry Dunant, Théodore Maunoir, Gustave Moynier.

1863-cü ildə Cenevrə İctimai Cəmiyyətinin prezidenti və Cenevrəli hüquqşünas Gustave Moynier (Qüstav Müanye) Dünanın kitabının kopiyasını əldə etdikdən sonra onu rəhbərlik etdiyi cəmiyyətin iclasında müzakirəyə təqdim edir. Cəmiyyətdəki ilkin müzakirələrdən sonra qərara gəlinir ki, Dunantın təkliflərinin mümkünlüyünü müəyyən etmək üçün və son nəticədə təkliflərin mümkün tətbiqi bağlı beynəlxalq konfransın təşkili üçün araşdırma komisiyası yaradılır. Sonralar "Beşlər komitəsi" adlanacaq komitənin üzvləri Dünan və Moynier ilə yanaşı, səhra cərrahı kimi geniş təcrübəyə malik həkim Louis Appia[10], Cenevrə Gigiyena və Səhiyyə Komissiyasında çalışan Appianın dostu və həmkarı Théodore Maunoir[11], İsveçrənin məşhur ordu generalı Guillaume-Henri Dufour[12] idilər. Səkkiz gündən sonra bu beş nəfər qərara gəlir ki, komitəni "Yaralılara yardım üzrə beynəlxalq komitə" adlandırsınlar.

Komitə 1863-cü ilin 26–29 oktyabrında Cenevrədə döyüş meydanlarında tibbi xidmətin yaxşılaşdırılması üçün tədbirlər görülməsi məqsədi ilə beynəlxalq konfrans təşkil edir. Konfransda milli hökumətlərdən 18 nəfəri rəsmi nümayəndə, qeyri-hökumət təşkilatlarından 6 nəfər nümayəndə, qeyri-rəsmi 7 nəfər xarici nümayəndə və Beynəlxalq komitənin 5 nəfər üzvü olmaqla ümumilikdə 36 nəfər iştirak edirdi. Konfransda aşağıdakı dövlət və krallıqların rəsmi nümayəndələri iştirak edirdi: Avstriya İmperiyası[13], Böyük Baden Hersoqluğu[14], Bavaria Krallığı[15], İkinci Fransa İmperiyası[16], Hanover Krallığı[17], Böyük Hesse Hersoqluğu[18], İtaliya Krallığı[19], Niderland Krallığı[20], Prussia Krallığı[21], Rusiya imperiyası[22], Saxon Krallığı[23], İspaniya Krallığı[24], İsveş və Norveç Birləşmiş Krallığı[25]Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[26].

Konfransda verilmiş təkliflər 29 oktyabr 1863-cü il tarixində konfransın son qətnaməsi olaraq aşağıdakı məzmunda qəbul olunur:

  • Yaralı əsgərlərə yardım üzrə milli cəmiyyətlərin yaradılması;
  • Yaralı əsgərlərə tərəfsiz yanaşma və onların qorunulması;
  • Döyüş meydanlarında yaralılara yardım etmək üçün könüllü qüvvələrdən istifadə olunması;
  • Bu konsepsiyalar işlək etmək üçün əlavə konfranslar təşkil etmək;
  • Döyüş meydanında tibb heyəti qorumaq üçün üzərində qızıl xaç olan qolçaq kimi ümumi fərqləndirici işarənin tətbiq olunması.
Birinci Cenevrə Konvensiyası (1864)

Bir il sonra İsveçrə hökuməti bütün Avropa hökumətlərini, Amerika Birləşmiş Ştatlarını, BrazilyaMeksikanı rəsmi diplomatik konfransa dəvət edir. 22 avqust 1864-cü il tarixində müharibə meydanlarında yaralanmış əsgərlərin vəziyyətinin yaxşılaşdırılması üzrə Birinci Cenevrə Konvensiyası qəbul olunur və 12 dövlət və krallığın nümayəndəsi tərəfindən imzalanır[27]. Konvensiya 10 maddədən ibarət olub silahlı münaqişələr zamanı səhra tibb heyətinin, spesifik humanitar institutların və yaralı əsgərlərin ayrı-seçkilik olunmadan müdafiəsini müəyyən edən qaydalara zəmanət verirdi. Konvensiyaya uyğun olaraq Belçika, Danimarka, Fransa, Oldenburq, Prussiya, İspaniyaVüttenberqdə ilk Milli cəmiyyətlər yaradılır. 1864-cü ildə Louis Appia və Danimarka ordusunun zabiti kaptan Charles van de Velde[28] ilk dəfə silahlı münaqişələrdə Qızıl xaç sinmvolu altında fəaliyyət göstərən müstəqil və tərəfsiz nümayəndələr oldular. 1867-ci ildə Müharibə yaralılarına qayğı üzrə Mill Yardım Cəmiyyətlərinin beynəlxalq konfransı keçirilir. 1876-cı ildə komitəyə indiki adı olan Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC) adı qoyulur.

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə yeganə, tam və bərəbərhüquqlu üzvüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyanın ən böyük humanitar şəbəkəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə Azərbaycanda və bütün dünyada əhalinin həssas qruplarına daxil olan milyonlarla insanına dəstək və humanitar xidmətlərlə təmin edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri hər zaman fövqəladə vəziyyətlərdən öncə hərəkət edərək, risklərin azaldılması məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə icmaların fövqəladə vəziyyətlərə hazırlığına kömək edir. Cəmiyyətinin əməkdaşları və könüllüləri hələ uzun müddət qalaraq zərər çəkmiş insanlara həyatlarını yenidən qurmaqda və dirçəlməkdə dəstək göstərir. Milli Cəmiyyət milliyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.

Hər şey 1859-cu il iyunun 24-də İtaliyanın şimalında yerləşən Solferino şəhərində başlandı.Fransız və İtalyan əsgərləri Avstriyalılarla müharibə zamanı, cəmi bir neçə saat ərzində qırx minə yaxın insan döyüş meydanında yaralanıb və həlak olub.Orduların tərkibində cüzi sayda fəaliyyət göstərən tibbi xidmət öz gücsüzlüyünü göstərdi. İsveçrəli iş adamı Anri Dünan təsadüfən həmin yaralıların çəkdiyi əzab və iztirabları görərək, ətrafdakı dinc sakinlərə müraciət edərək, yaralıların millətindən asılı olmayaraq, hər bir insana kömək etməyə çağırdı.

Anri Dünan 1863-cü il fevralın 17-də Qustav Muanye (Cenevrədə xeyriyyə cəmiyyətinin prezidenti), Qiyyom-Anri Dyufur (hərbi general), Lui Appiya və Teodor Monuar (həkimlər) birlikdə Solferino hadisələri müzakirə etmək məqsədi ilə “Beşliklər Komitəsi”-nin toplantısını həyata keçirtdi. Həmin toplantıya “Yaralılara kömək Beynəlxalq Komitəsi” adı verilmişdir. Həmin toplantıda ağ fonda qırmızı xaç Komitənin rəsmi emblemi kimi qəbul olunub. Bu emblem heç bir dini məna daşımır və döyüş meydanında fəaliyyət göstərən tibbi işçilərinin fərqlənməsi və müdafiəsi üçün istifadə olunur. Gələcəkdə bu komitə “Beynəlxalq Qızıl Xaç Komitəsi” kimi tanınıldı.

Dünyanın bütün ölkələrində müharibə zamanı millətindən, dinindən, cinsiyyətindən asılı olmayaraq, yaralılara kömək məqsədi ilə könüllü cəmiyyətlərin yaradılması zərurətindən Beynalxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası yaradılmışdır. Beləliklə ümümiyyətlə üç struktur meydana çıxdı: Milli Cəmiyyət (ölkədən asılı olaraq Qızıl Xaç, Aypara və ya Kristal adlandırılır); Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərin Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi.

Şərqdə ilk Demokratik Cümhuriyyətin hərbiyyə naziri əvəzi vəzifəsində çalışan general-leytinant Əliyağa Şıxlinski və xarici işlər naziri Fətali Xan Xoyski tərəfindən 10 mart 1920- ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmi qeydə alınmışdır. 1925-ci il avqustun 15-də isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ilk nizamnaməsi qəbul olunmuşdur.

Bu ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz birinci qurultayını keçirdi və artıq bir təşkilat kimi formalaşmışdır. Həmçinin tibb bacılarını hazırlamaq məqsədi ilə Cəmiyyətin nəzdində iki illik tibb bacıları kursları təşkil edildi. Kursu bitirənlər Cəmiyyətin strukturlarında çalışmaqla yanaşı, sanitar-maarifləndirmə və qan donorluğunun təliğində çalışırdılar.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1941-ci ilin əvvəllərində öz sıralarında 135 000 üzvü birləşdirirdi. İkinci Dünya müharibəsi illərində Cəmiyyət 6 500 nəfərdən artıq tibb bacısı və sanitar xilasetmə fəaliyyəti üçün hazırlaşdırıb döyüş meydanına göndərmişdir. Həmçinin Cəmiyyət tərəfindən minlərlə sanitar dəstə və sanitar məntəqə yaratmışdı.

1976-1981-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin minlərlə donorları, təmənasız qan donorluğu sahəsində aktiv fəaliyyətinə görə fəxri fərmanla, birinci-üçüncü dərəcəli “SSRİ donoru” və “SSRİ-nin fəxri donoru” döş nişanları ilə mükafatlandırıldı.

1991-ci il noyabrın 5-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti müstəqil fəaliyyətini elan edib Sovet Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətindən çıxması haqqında müvafiq qərar qəbul etdi və növbəti illərdə Beynalxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərin Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə erməni hərbi birləşmələrinin təcavüzünə məruz qalan yüz minlərlə qaçqın və məcburi köçkünlərə öz humanitar yardımı və misiyasını göstərməyə davam etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydar Əliyevin diqqəti sayəsində Azərbaycan Respublikası Milli Məclisin 25 noyabr 1994-cü il tarixli 926 saylı “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında” qərarına əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmən dövlət tərəfindən tanındı və respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkətının tərkib hissəsi kimi fəaliyyət göstərən yeganə rəsmi milli cəmiyyət elan olundu.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında müstəsna xidmətləri olan şəxslər üçün “Qızıl Aypara” medalı təsis edildi. İlk olaraq bu medalla Azərbaycan Respublikasının Prezidenti, Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyev cənabları təltif olunmuşdur.

Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü, möhtərəm Prezidentimiz cənab İlham Əliyev qanunvericilik təşəbbüsü ilə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanun layihəsi Parlamentin müzakirəsinə təqdim olundu. Milli Məclisdə qanun layihəsi hər 3 oxunuşda müzakirə olundu, əlavə və dəyişikliklər nəzərə alınmaqla 8 may 2007-ci il tarixində Parlament tərəfindən qəbul edildi və dövlət başçısının 22 may 2007-ci il tarixli Fərmanı ilə qüvvəyə mindi.

COVID-19 pandemiya zamanı ehtiyaclılara, xüsusi ilə qocalara və xəstə ahıllara, maliyyə vəziyyəti çətin olan və aztəminatlı ailələrə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçiləri və könüllüləri tərəfindən gücləndirilmiş rejimdə humanitar yardım göstərilmişdir. Onlara gündəlik olaraq ərzaq və gigiyena məhsulları çatdırılmışdır. Fandreyzing tədbirləri keçirdərək və həmçinin böyük korporativ şirkətləri cəlb edərək ehtiyaclılara bütün pandemiya boyu qayğı göstərilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz humanitar missiyasını davam edərək, digər dövlət qurumları ilə yanaşı, zərər çəkmiş dinc sakinlərə humanitar yardım göstərmiş və minalar barədə geniş maarifləndirmə işləri aparmışdır. Bundan əlavə Türk Kızılay-nın dəstəyi ilə tonlarla ərzaq, geyim, tibb və digər lavəzimatları ehtiyaclılara paylamışdır.

1 noyabr 2021-ci il tarixindən etibarən Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərin Federasiyası dəstəyi ilə beynəlxalq şirkət tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyəti üçün bazar araşdırması aparılmışdır. Həmin araşdırma nəticəsində 1 fevral 2022-ci il tarixindən “YARDIM.ET” adlı İanələrin İradəetmə Sisteminin yaradılmasına start verildi.

Qızıl aypara

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://international-review.icrc.org/articles/international-committee-red-cross-was-founded-february-17-1863.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
  3. "Arxivlənmiş surət". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-23.
  4. "Arxivlənmiş surət". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-23.
  5. "Arxivlənmiş surət". 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-23.
  6. "Arxivlənmiş surət". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-23.
  7. 1 2 Young, John; Hoyland, Greg (14 July 2016). Christianity: A Complete Introduction. Hodder & Stoughton. p. 354. ISBN 9781473615779.
  8. Sending, Ole Jacob; Pouliot, Vincent; Neumann, Iver B. (20 August 2015). Diplomacy and the Making of World Politics. Cambridge University Press. p. 181. ISBN 9781316368787.
  9. Stefon, Matt (2011). Christianity: History, Belief, and Practice. The Rosen Publishing Group. p. 221. ISBN 9781615304936.
  10. "Arxivlənmiş surət". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  11. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  12. "Arxivlənmiş surət". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  13. "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  14. "Arxivlənmiş surət". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  15. "Arxivlənmiş surət". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  16. "Arxivlənmiş surət". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  17. "Arxivlənmiş surət". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  18. "Arxivlənmiş surət". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  19. "Arxivlənmiş surət". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  20. "Arxivlənmiş surət". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  21. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  22. "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  23. "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  24. "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  25. "Arxivlənmiş surət". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  26. "Arxivlənmiş surət". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  27. "Arxivlənmiş surət". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  28. "Arxivlənmiş surət". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.