Lessinq kamforosması

Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Lessinq kafirotu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Camphorosma monspeliaca subsp. lessingii

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Monqolustan, İran və Rusiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir. Çiçəkyanlığı dəyirmi ovalşəkillidir. 4 oxşar dişcikləri vardır. May-iyul aylarında çiçəkləyir. Çiçəkləri xırda, çox vaxt ikicinsli, çiçəkyanlığı 4 və ya 5 hissəlidir. Erkəkcikləri 4-5-dir. Meyvəsi çılpaq pərdəli meyvəyanlığına malikdir. Oktyabr ayında meyvə verir. Toxumları dəyirmi, bozumtul qara rəngli, xırdadır. Toxumla çoxalır.

Şoran və daşlı yamaclarda, duzlu göllərin sahillərində yarımsəhralarda, çöllərdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz, Kür-Araz ovalığı, Kür düzündə və Naxçıvanda, aran və aşağı dağ qurşağında kiçik cəngəlliklər və qruplar əmələ gətirir.

Heyvanlar üçün qidalı yemdir. Tərkibində alkoloidlər, efir yağları vardır.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Gövdəsi aşağı hissədə odunlaşmış, çoxsaylı, 20-80 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 2-6 sm uzunluqda, xətvari, bizşəkilli, incə tüklüdür, dəstələrlə qısalmış budaqların qoltuğundadır, çiçəkləri təkdir, yarpaq qoltuğunda sıx, sünbülçiçək qrupundadır. Sütuncuq uzundur, iki uzun sapşəkilli dişicik ağızcıqlıdır. Meyvə vertikal, çılpaq meyvəyanlıdır. Toxmu dairəvi, qonur, qaramtıl, 1mm diametrindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir. Kserofit-halofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Dağ ətəyində, şoran yerlərdə təmiz kamforosmanlıq və birillik şorangəli –taxıllı, kamforosmalıq qruplaşmaları əmələ gətirir.

Xəzəryanı və Kür-Araz ovalığında, Qobustan, Kür və Naxçıvan düzənliyi (Sədərək rayonu Vəlidağ ətrafı; Culfa rayonu Darıdağ ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Yaşayış mühitinin keyfiyyətinin davam edən pisləşməsi populyasiyanın gələcəkdə azalma təhlükəsini ehtimal etməyə əsas verir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (otarılma, tapdalanma, infrastrukturun inkişafı).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizə üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.