Let It Be (mahnı)

"Let It Be" (azərb. Qoy belə olsun; Qoy belə də olsun‎) — 1970-ci ilin mart ayında "The Beatles" qrupu tərəfindən sinql kimi çıxarılan və sonradan "Let It Be" albomuna daxil edilən mahnı. Mahnı Pol Makkartni (albomda müəllif kimi Lennon və Makkartni göstərilib) tərəfindən yazılıb.[2][3] Mahnı Pol Makkartninin qrupu tərk etməsini elan etməsindən əvvəl çıxarılmış sonuncu "The Beatles" sinqlı olub.

"Let It Be"
The Beatles tərəfindən Let It Be albomunda ifa olunmuş sinql
B tərəfi "You Know My Name (Look Up the Number)"
Yayımlanma tarixi 6 mart 1970
Janr rok, pop, gospel
Dil ingilis dili
Müddət 4:03
Prodüser Corc Martin
Bəstəkar
Sözlərin müəllifi Lennon–Makkartni
Studiya Abbey Road Studios
The Beatles sinqllarının xronologiyası
"Dig It"
(5)
"Let It Be"
(6)
"Maggie May"
(7)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahnı Avropa hit-paradlarında ilk yerləri tutub.

Yazılması və istehsalı

[redaktə | mənbəni redaktə et]

Makkartni bildirib ki, "Let It Be" mahnısını yazmaq fikri onun ağlına "Ağ albom"un yazılışları zamanı yuxuda anasını gördükdən sonra gəlib. Makkartni anasının (Polun 14 yaşı olarkən anası xərçəng xəstəliyindən vəfat edib) onu "Mary Mother" sözləri ilə ruhlandırdığını bildirib.[4][5] O deyirdi: "Bu yuxudan sonra mən özümü xoşbəxt hiss edirdim. Elə bu da məni "Let It Be"ni yazmağa vadar etdi."[6][7] Makkartni sonralar bununla bağlı deyirdi ki, yuxuda anası ona: "Hər şey yaxşı olacaq, sadəcə, qoy belə olsun (let it be) deyib."[8]

"The Beatles" qrupu 3 yanvar 1969-cu ildə yeni film olan "Qoy belə olsun" üzərində işləməyə başlayıb, "Let It Be"nin ilk məşqi də məhs həmin zaman Twickenham Film Studios-da keçirilib. Mahnının fonoqramı 31 yanvar 1969-cu ildə "Apple studiyasının təqdimat" hissəsi kimi yazılıb. Mahnının məşqi zamanı Makkartni Blüthner fortepianosunda, Lennon altı simli bariton-gitarada, Billi Preston orqanda, Corc HarrisonRinqo Star isə adəti üzrə gitara və zərb musiqi alətlərində ifa edirdilər.[9]

6 mart 1970-ci ildə "Let It Be" sinqlı çıxarılıb. 26 mart 1970-ci ildə isə Fil Spektor, "Let It Be" albomu üçün mahnının remiks versiyasını hazırlayıb.[10]

  1. LET IT BE // ISWC Network (ing.).
  2. MacDonald, Ian (2005). Revolution in the Head: The Beatles' Records and the Sixties (Second Revised ed.). London: Pimlico (Rand). p. 337.
  3. Sheff, David (2000). All We Are Saying: The Last Major Interview with John Lennon and Yoko Ono (Paperback). St. Martin’s Griffin. p. 202.
  4. Miles, Barry (1997). Many Years From Now. Vintage-Random House. p. 20.
  5. Spitz, Bob (2005). The Beatles. Little Brown. pp. 73–76.
  6. Spitz, Bob (2005). The Beatles. Little Brown. pp. 88–90.
  7. The Beatles (2000). Anthology. Chronicle Books. p. 19.
  8. "Let It Be". Sold on Song. 2009
  9. Lewisohn, Mark (1988). The Beatles Recording Sessions. New York: Harmony Books. p. 170.
  10. Lewisohn, Mark (1988). The Beatles Recording Sessions. New York: Harmony Books. p. 198.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]