Leucacantha cyanus

Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.

Əkin güləvəri
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər,  beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir.

Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə  yaşayır.

Birillik ot bitkisi olan yabanı peyğəmbərçiçəyinin borşəkilli çiçəkləri toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Çoxillik yabanı və mədəni şəraitdə əkilən göyçiçəyin yaz və ya payız aylarında kök və gövdələri toplanılır. Qurudulma tez bir zamanda – çiçəklərin qalınlığı 1-2 sm olmaqla kağız üzərində sərilməklə kölgədə aparılmalıdır. Qurudulma günəş altinda aparılarsa, xammalın rəngi avazıyır və keyfiyyəti aşağı düşür. Quruducu şkafda 50-60°С temperaturda tez bir zamanda aparılması daha yaxşıdır. Bu halda quru xammalın çıxım faizi 20% olur. Zəif iyli, özünəməxsus ədviyyəli dadlıdır.

Yaxşı havalı qaranlıq yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Tərkibində antosian qlükozidi (sianin) və sentaurin maddələri vardır. Kimyəvi tərkibi tam öyrənilməmişdir. Tərkibində sentauren glikozidi, sianin antosian glikozidi, efir yağı, acı, aşı maddələri, saponinlər, mineral duzlar və digər maddələr vardır.

Diuretik dərmandır. Xammal, əsasən kənar çiçəkləri və  çiçək yatağı hesab olunur. Bitkinin çiçəklərində antosian (sianin, sianidin-3,5 dihidroqlükozid), pellarqonidin qlükozidi, flavonoidlər (apigenin, lyuteolin, kverçetin və kempferol) aşı maddələri, pirokatexin qrupu, kumarin (çikornin), acı qlükozidlər, efir yağı, polisaxaridlər və askorbin turşusu vardır. Çiçəklərinin dəmləməsi yüksək diurez yaratmaqla, ödqovucu, antimikrob və spazmalotik xüsusiyyəti də vardır. Klinik-eksperimental təcrübələrdə böyrəkdaşı xəstəliklərində diurezi artıraraq qanda maddələrin konsentrasiyasını aşağı salır, daşabənzər kristalların (kalsium, qeyri-üzvi fosfor, sidik turşusu konkrimentləri) böyüyərək daşa çevrilməsinin qarşısını alır və sidik turşusunun qatılığının azalmasına kömək edir.

Bitkinin kənar çiçəkləri istifadə edilir. Sidikçıxarıcı yolların xəstəliklərində, xüsusən qlomerulonefrit (böyrək parenximasını qıcıqlandırmır) xəstəliyinin müalicəsində tətbiq edilir. Bitkinin çiçəkləri sidikqovucu çayın tərkibində olur. Göyçiçəyin tərkibində acı qlükozidlər vardır ki, bu qaraciyər xəstəliklərinə ödqovucu və spazmolotik təsir göstərir. Tibb praktikasında dəmləməsi və ekstraktı nefrit, sistit, uretrit xəstəliklərində sidikqovucu, qaraciyər və ödyolları xəstəliklərində ödqovucu, difteriyada öskürəyə qarşı, əsəb və mədə xəstəliklərində, uşaqlarda ishal və uşaqlıq qanaxmalarında tətbiq edilir. Qaraciyər və ürək xəstəliklərində yaranan ödemlərdə sidikqovucu kimi istifadə edilir. 1 xörək qaşığı çiçəklərini 0,5 litr qaynanmış suda (sutqalıq doza) dəmləyib, gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Təbabət praktikasında bitkinin çiçəklərindən sidik yollarının iltihabında diuretik dərman kimi istifadə edilir. Kök və kökümsovundan (bütöv, kəsilmiş) öskürəkkəsici dərman, bişirmə kimi və işlədici qarışıqların tərkibində tətbiq edilir. Ürək və böyrək xəstəlikləri səbəbindən yaranan ödemlərdə sidikqovucu kimi, sidikyolu xəstəliklərində (pielonefrit, sistit, uretrit), prostat vəzi xəstəliyində diuretik olaraq, iltihab əleyhinə və spazmalotik dərman kimi, maddələr mübadiləsi pozğunluqlarında (böyrəkdaşı və öddaşı) diuretik və duz mübadiləsinin tənzimlənməsində işlədilir. Bundan başqa xolesistit, xolangit, öd yollarının diskenziyasında və hepatitdə təyin edilir.

Xalq təbabətində Göyçiçəyin çiçəkləri və ya yarpaqları digər bitkilərlə qarışıq şəklində göz praktikasında, uşaqlıq qanaxmalarında, xroniki dəri xəstəliklərində - frunkulyoz, ekzema, trofik yaraların müalicəsində müvəffəqiyyətlə istifadə edilir. Malyariya, istisqa (ödem), konyuktivit, təzə yarpaqları dəri yaralanmalarında işlədilir. Bolqar təbabətində dəmləməsindən mədəni tonuslandırıcı və iştahartırıcı dərman kimi istifadə edilir.

Əks göstəriş — Hamiləlik. Çiçəkləri az toksikidir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Centaurea segetalis Salisb.
  • Cyanus segetum Hill

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Centaurea cyaneum St.-Lag.
  • Centaurea cyanocephala Velen.
  • Centaurea cyanus subsp. coa Rech.f.
  • Centaurea cyanus var. denudata Suksd.
  • Centaurea hoffmanniana Asch.
  • Centaurea hortorum Pau
  • Centaurea lanata Roxb.
  • Centaurea pulcherrima Wight ex DC.
  • Centaurea pulchra DC.
  • Centaurea rhizocephala Trautv.
  • Centaurea umbrosa A.Huet ex Reut.
  • Cyanus arvensis Moench
  • Cyanus cyanus Hill
  • Cyanus dentato-folius Gilib.
  • Cyanus vulgaris Delarbre
  • Jacea segetalis Lam. ex Steud.
  • Jacea segetum Lam.
  • Leucacantha cyanus Nieuwl. & Lunell
  • Setachna cyanus Dulac
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 911.