Lev Trotskinin ev-muzeyi (isp. Museo Casa de Leon Trotsky) — Lev Trotskiyə həsr olunmuş muzey. Muzey Koyoakan rayonunda (hazırda Mexikonun tərkibindədir), Trotskinin həyatının son aylarını yaşadığı və qətlə yetirildiyi evdə yerləşir.
Lev Trotskinin ev-muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 20 avqust 1990 |
Açılış tarixi | 20 avqust 1990 |
Ölkə | |
Yerləşir | Koyoakan, Mexiko, Meksika |
19°21′27″ şm. e. 99°09′28″ q. u.HGYO | |
museocasadeleontrotsky.blogspot.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lev Trotski Meksikaya 1937-ci ildə, ona siyasi sığınacaq verən Meksika prezidenti Lasaro Kardenasın şəxsi dəvəti ilə gəlib.[1][2][3] Trotski 1937–1939-cu illərdə Koyoakanda, hazırda Frida Kalonun ev-muzeyinin yerləşdiyi Frida Kalo və Dieqo Riveranın "mavi evində" yaşayıb. 1939-cu ilin aprelində Trotski siyasi fikir ayrılığı səbəbindən qonşu küçədəki evə köçməli olur.[1][4]
1940-cı ilin may ayında evdə stalinçi David Sikeyrosun başçılıq etdiyi qrup tərəfindən Trotskiyə qarşı ilk uğursuz sui-qəsd cəhdi olub. Evdə Trotskiyə qarşı ikinci sui-qəsd 1940-cı il avqustun 20-də NKVD agenti Ramon Merkader tərəfindən həyata keçirilib.[5][6] Trotski sui-qəsddən bir gün sonra vəfat edib.
1990-cı il avqustun 20-də muzeyin rəsmi açılışı olub.
Muzeydə siyasətçinin şəxsi əşyalarını, sənədlərini, böyük kitabxanasını və ilk uğursuz sui-qəsddən "xatirə qalan" güllələrlə dəlik-deşik edilmiş divarı görmək olar.[7] Muzeyin həyətində Lev Trotskinin və həyat yoldaşı Natalya Sedovanın məzarları yerləşir.[7]