Lasaro Kardenas

Lasaro Kardenas del Rio (isp. Lázaro Cárdenas del Río; 21 may 1895[1][2], Xikilplan-de-Xuarez[d], Miçoakan[d]19 oktyabr 1970[1][2], Mexiko) — Meksika siyasətçisi və hərbçisi, Meksika inqilabı illərində (1910–1917) general və Meksika Prezidenti (1934–1940). Milli İnqilab Partiyasının nümayəndəsi olmuşdur. O, solçu islahatçı kursu davam etdirmiş, aqrar islahatların həyata keçirilməsini gücləndirmiş, əmək qanunvericiliyini və həmkarlar ittifaqlarının səlahiyyətlərini gücləndirmiş, qadınların hüquqlarına və ümumi seçki hüququna zəmanət vermiş, xalq maarifini inkişaf etdirmiş və savadsızlıqla mübarizə aparmış, neft və dəmir yolu şirkətlərini milliləşdirmişdir.

Lasaro Kardenas
isp. Lázaro Cárdenas del Río
1 dekabr 1934 – 30 noyabr 1940
ƏvvəlkiAbelardo Rodriges
SonrakıManuel Avila Kamaço
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1895(1895-05-21)[1][2]
Doğum yeri
Vəfat tarixi 19 oktyabr 1970(1970-10-19)[1][2] (75 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi, şəkərli diabet
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lasaro Kardenas del Rio 21 may 1895-ci ildə Meksikada, Miçoakan ştatının Xikilplan-de-Xuarez şəhərində anadan olmuşdur. 1913-cü ildə inqilabi ordu sıralarına qoşulmuş, tezliklə kapitan, 1920-ci ildə isə general rütbəsi almışdır. 1920-ci illərdə Tampikoda qarnizona komandirlik etmiş və Miçoakan ştatının qubernatoru seçilmişdir. 1929-cu ildə Milli İnqilab Partiyasının (MİP) qurucularından biri və sədri olmuşdur. Kardenas 1931-ci ildə daxili işlər naziri, 1933-cü ildə Hərbi Dəniz Qüvvələri naziri vəzifələrində xidmət etmişdir.[3]

  1. 1 2 3 4 Alexander R. J. Lázaro Cárdenas // Lazaro Cardenas (ing.).
  2. 1 2 3 4 Lázaro Cárdenas // Brockhauz Ensiklopediyası (alm.).
  3. "КАРДЕНАС, ЛАСАРО | Энциклопедия Кругосвет". www.krugosvet.ru. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Cárdenas, Lázaro // Encyclopedia of Latin America. 4. New York: Facts On File, Inc. Thomas M. Leonard. ISBN 978-0-8160-7359-7.
  • Новейшая история стран Европы и Америки. XX век. В 3 ч. Ч. 1 : учеб. для студентов вузов. М.: Гуманитар. изд. центр ВЛАДОС. Под ред. А. М. Родригеса, М. В. Пономарева. 2005. ISBN 569100607X.
  • Платошкин Н. Н. История Мексиканской революции. Время радикальных реформ 1928—1940 гг. 3. М.: Университет Дмитрия Пожарского : Руссий Фонд содействия образованию и науке. 2011. ISBN 978-5-91244-036-6.
  • Строганов А. И. Латинская Америка в XX веке : пособие для вузов (2-е изд., испр. и доп.). М.: Дрофа. 2008. ISBN 9785358046573.