Ramon Merkader

Ramon Merkader (isp. Jaime Ramón Mercader del Río; 25 yanvar (7 fevral) 1913[1], Barselona18 oktyabr 1978[1], Havana) — ispan kommunistNKVD agenti. Ramon Merkader 1940-cı ildə Marksist inqilabçı və nəzəriyyəçi Lev Trotskini öldürməklə məşhurlaşmışdır. Üzərindən məxfilik götürülən sənədlərdə Merkaderin NKVD agenti olduğu göstərilmişdir. Törətdiyi cinayətə görə Merkader Meksikada 20 il məhkumluq həyatı yaşadı. Həbsdə olarkən İosif Stalin tərəfindən qiyabi olaraq Lenin ordeni ilə mükafatlandırıldı. 1961-ci ildə həbsdən azad olunduqdan sonra Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdır. Merkader Sovet İttifaqı Qəhrəmanı adını qazanmış SSRİ vətəndaşı olmayan 27 şəxsdən biridir.

Ramon Merkader
isp. Jaime Ramón Mercader del Río
Doğum tarixi
Doğum yeri Barselona, İspaniya
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Havana, Kuba
Vəfat səbəbi sümük xərçəngi[d]
Dəfn yeri
Milliyyəti ispan
Fəaliyyəti NKVD Agenti
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramon Merkader 1913-cü ildə İspaniyanın Barselona şəhərində dünyaya gəlmişdir. Uşaqlıq illəri anasının Fransaya köçməsi səbəbindən burada keçmişdir. Gənc yaşlarında kommunizm ilə maraqlanan Ramon 30-cu illərdə İspaniyada fəaliyyət göstərən kommunist təşkilatları üçün işləyirdi. Göstərdiyi fəaliyyətə görə hökumət tərəfindən həbs edilsə də, həmin il İspaniyada sol koalisyanın hakimiyyətə gəlməsi gənc kommunistin həbsdə çox qalmaması ilə nəticələnir. 1936-cı ildə həbsdən çıxması İspaniya vətəndaş müharibəsinin başlaması ilinə təsadüf edir. Bu dövrdə NKVD agenti olan Nahum Etinqon ilə tanış olmuş və onun tərəfindən Moskvada agent olaraq yetişdirilmişdir.

Trotski sui-qəsdi

[redaktə | mənbəni redaktə et]

Stalinin əmri ilə Ramon Merkader 1940-cı ildə jurnalist adı altında Lev Trotskidən müsahibə almaq üçün Meksikaya yollanır. Əsas məqsəd İosif Stalin ilə aparılan hakimiyyət mübarizəsində məğlub olmuş və SSRİ vətəndaşlığından məhrum edilmiş Lev Trotskinin öldürülməsi idi. 1940-cı ildə Trotski bir çox Avropa ölkəsində qaldıqdan sonra Meksikaya gəlmiş və bu ölkənin paytaxtı Mexiko şəhərində sığınacaq tapmışdı. Trotski həmin vaxt Mexikoda cangüdənlərinin nəzarəti altında yaşayırdı.

Üç NKVD agenti 1940-cı ilin 20 avqust səhərində Trostkinin yaşadığı evə gəlir. Onlardan iki nəfəri binanın çöl tərəfində avtomobildə Merkaderin cinayəti törətməsini gözləyirdi və plana əsasən agentlər birlikdə hadisə yerindən uzaqlaşmalı idilər. Hazırlanmış plana görə Ramon Merkader jurnalist qiyafəsində Trostkinin otağına daxil olmalı və müsahibə alarkan anidən onu soyuq silahla öldürməli idi. Hadisələrin gedişatı plana uyğun gedir. Avtomobildən düşən Merkader cangüdənlərdə şübhə yaratmayaraq, Trotskinin evinə daxil olur və müsahibə əsasında Trotskinin başına buz baltası ilə zərbə endirir. Dərhal hadisə yerinə gələn cangüdənlər Merkaderi yaxalayırlar, binanın çölündə gözləyən digər agentlər isə Merkaderin yaxalandığını görüb hadisə yerindən uzaqlaşır və qısa zamanda ölkəni tərk edirlər.

Lev Trotski başına aldığı ağır zərbə nəticəsində hadisədən bir gün sonra vəfat etdi. Trostki hadisədən sonra Merkaderi yaxalamış cangüdənlərinə: "Onu öldürməyin, inanıram ki, bu adamın bizə danışacağı bir hekayəsi var." demişdir. Törətdiyi cinayətə görə 20 il həbs cəzası alan Roman Merkader həbs müddətini Meksikada tamamladı. Həbsdən çıxandan sonra isə bir neçə dəfə Kubaya və siyasi baxımdan bağlı olduğu SSRİ-yə səfərlər etmişdir. Həbsdən azad olunmasının ardından SSRİ qarşısında göstərdiyi xidmətələrə görə, 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilir. Merkader 1978-ci ildə Kubanın mərkəzi Havana şəhərində ağciyər xərçəngindən vəfat etmişdir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.