Lev Vıqotski

Lev Semyonoviç Vıqotski (rus. Лев Семёнович Выготский; 17 noyabr 1896[1][2], Orşa, Mogilyov quberniyası[d]10 iyun 1934[3][4][…], Moskva) — görkəmli sovet psixoloqu.

Lev Vıqotski
Doğum adı לײב װיגאָד
Лев Симхович Выгодский
Doğum tarixi 17 noyabr 1896(1896-11-17)[1][2]
Doğum yeri
Vəfat tarixi 10 iyun 1934(1934-06-10)[3][4][…] (38 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
Elm sahələri psixologiya, Defektologiya, ədəbiyyatşünaslıq
İş yerləri
Təhsili
Tanınmış yetirmələri Aleksey Leontyev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vıqotski ilk dəfə mühitin uşağın psixikasına təsirinin konkret mexanizmini göstərmişdir. Belə vacib mexanizmi o, interiorizasiyada görürdü. Göstərirdi ki, hər bir ali psixi funksiya iki dəfə təzahür edir. I dəfə xarici – interpsixika kimi, II dəfə daxili – intrapsixi kimi. Vıqotski psixi inkişafa uyğun olaraq yeni yaş dövrlərini müəyyənləşdirir. Dövrləşmənin kriteriyası kimi Vıqotski mənalılığı və dinamikanı ayırır. O, inkişaf və təlim arasındakı qarşılıqlı əlaqəni araşdırarkən yaxın inkişaf zonası ideyasını irəli sürür. Göstərir ki, təlim inkişafetdirici ola bilər. Təlim məzmununa görə inkişafdan qabaqda getməlidir.

Vıqotskinin tədqiqatları içərisində təfəkkürün formalaşması prosesi mühüm yer tutur. Psixoloqa görə, məişət və elmi anlayışlar fərqli şəkildə formalaşır. Məişət anlayışları xüsusidən ümumiyə doğru inkişaf edir. Şəxsiyyətin intellektual inkişafından bəhs edərkən o, özünüdərkin zəruriliyini irəli sürürdü. Uşaq özünü dərk etdikcə özünün davranış və psixikasını idarə etməyi öyrənir, onun xarici aləmdən asılılığı azalır. Psixologiya müəssisələrinin şəbəkəsi genişləndi. Ukrayna və Gürcüstanda psixologiya institutları yaradıldı, yeni psixologiya kafedraları açıldı.

"Voprosı psixoloqii" jurnalının nəşrə başlanması da (1955) mühüm hadisələrdən sayılmalıdır.

  • Əliyev R. İ. Psixologiya tarixi. Bakı, 2006
  1. 1 2 Выготский Лев Семёнович // Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
  2. 1 2 Педагоги и психологи мира (rus.). 2012.
  3. 1 2 Yasnitsky A. Vygotsky: An Intellectual Biography. Routledge, 2018. S. 164.
  4. 1 2 Lew Semjonowitsch Wygotski // Brockhauz Ensiklopediyası (alm.).