Reyçel Levin (ing.Rachel Levine, doğum adı Richard Levine) — Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət və siyasi xadimi[1] . İxtisasca pediatr olan Reyçel 26 mart 2021-ci ildən Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsində çalışır[2]. O, bundan əvvəl 2017–2021-ci illərdə Pensilvaniya Səhiyyə Departamentinin katibi vəzifəsində çalışıb[3]. Həmçinin Pensilvaniya Dövlət Tibb Kollecində pediatriya və psixiatriya professorudur və əvvəllər 2015–2017-ci illərdə Pensilvaniya ştatının baş həkimi vəzifəsində çalışıb. 24 mart 2021-ci ildə ABŞ Senatı onu Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsinə təyin etdi[4] .
Reyçel Levin trans qadın olan azsaylı ABŞ hökumət rəsmilərindən biridir[5] . O, tarixdə ölkə Senatı tərəfindən təsdiq tələb olunan vəzifəni tutan ilk trans qadın şəxsdir[6][7] .
Riçard Levin 28 oktyabr 1957-ci ildə Massaçusets ştatınınUeykfild şəhərində anadan olub[1][8] . Milliyyətcə yəhudidir. yəhudi məktəbində oxuyub[9] . Orta məktəb diplomunu Massaçusets ştatının Belmont şəhərindəki Belmont Hill Məktəbindən almışdır[10] . Daha sonra o, Harvard Kollecini və Tibb Məktəbini bitirmiş, həmçinin Nyu-YorkunManhettendə[11] Mount Sinai Tibb Mərkəzində pediatriya üzrə rezidentura və yeniyetmələr üçün tibb üzrə təcrübə keçmişdir.
David və Daynu adlı iki övladı var[12][13] . 2011-ci ildə transseksual keçid etmişdir. 2013-cü ildə Reyçel Levin və onun həyat yoldaşı Marta Pisley Levin boşandılar[14][13][15][5] .
1988-ci ildən 1993-cü ilə qədər Riçard Levin Nyu-Yorkun Mount Sinai Xəstəxanasında pediatriya sahəsində təlim keçib[16] . 1993-cü ildə Manhettendən mərkəzi Pensilvaniyaya köçdükdən sonra o, Pensilvaniya ştatının Herşey Dövlət Tibb Mərkəzinə qatılıb və burada daha sonra Yeniyetmə Tibb Departamentinə və klinikaya rəhbərlik edib. 2015-ci ildə Reyçel Levin Pennsilvaniya Baş Tibb Mütəxəssisi təyin edildi[11] .
2015-ci ildə Pensilvaniya qubernatoru Tom Vulf Reyçel Levini Pensilvaniya ştatının baş həkimi vəzifəsinə təyin etdi[5] . O, bu vəzifəni 2017-ci ilə qədər tutub.
2017-ci ilin iyulunda qubernator Tom Vulf onu Səhiyyə Departamentinin katibi vəzifəsinə irəli sürdü[17] və o, yekdilliklə təsdiqləndi[5] . 2020-ci il ərzində və 23 yanvar 2021-ci il tarixinədək Reyçel Levin Pensilvaniya ştatında İctimai Səhiyyə Departamentinin COVID-19 bölümünə rəhbərlik etmişdir[16] . Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru ilə gündəlik sıx əməkdaşlıq etmiş və gündəlik mətbuat brifinqləri keçirmişdir[17] .
13 fevral 2021-ci ildə ABŞ prezidentiCo Bayden rəsmi olaraq Reyçel Levini səhiyyə nazirinin köməkçisi təyin etdi[4] . Onun təsdiqi 25 fevral 2021-ci ildə Senatın Komitəsində keçirildi[18] . O, ABŞ Senatının təsdiqini tələb edən bir vəzifəyə təyin olunan ilk açıq trans qadındır[6][7] . Belə ki, əvvəllər Amanda Simpson kimi federal transgender məmurlar Senatın təsdiqini tələb etməyən vəzifələrdə çalışıblar[19][20] .
19 oktyabr 2021-ci ildə Levinin Senat tərəfindən Amerika Birləşmiş Ştatlarının İctimai Səhiyyə Xidməti Zabit Korpusunda admiral rütbəsi təsdiqləndi. Bu, ABŞ tarixində ilk dəfə trans şəxsə verilən ən yüksək rütbədir[21] ..
Reyçel Levin həm də LGBT hüquqlarını müdafiə edən " (ing.)Equality Pennsylvania" təşkilatının idarə heyətinin üzvüdür[5] .
↑Assistant Secretary for Health (ASH). "Rachel L. Levine, M.D." HHS.gov (ingilis). March 26, 2021. 2021-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2021.