Levon Yeramyan

Levon Yeramyan (erm. Լևոն Երամյան; 21 dekabr 1892 (2 yanvar 1893)[1][2], Tiflis[1][2]23 dekabr 1938[1][2], Bakı[1][2]) — erməni sovet aktyoru. Azərbaycan SSR xalq artisti (1938). Tiflisdə Erməni Dram Teatrının yaradıcılarından biri (1921).

Levon Yeramyan
Doğum tarixi 21 dekabr 1892 (2 yanvar 1893)[1][2]
Doğum yeri
Vəfat tarixi 23 dekabr 1938(1938-12-23)[1][2] (45 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti aktyor, rejissor
Fəaliyyət illəri 1910–1938
Mükafatları Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti

O, ilk dəfə 1910-cu ildə Tiflisdə Yeni Dram Teatrının səhnəsinə çıxıb, sonra Zubalova adına Tiflis Xalq Evinin truppasında çıxış edib.

1924–1926 və 1929–1938-ci illərdə Bakıda, 1928–1929-cu illərdə Leninakanda erməni teatrlarında çalışıb.

Bakı erməni teatrında oynadığı rollar arasında Karl Mur, Ferdinand, Neznamov; Pepo, Seyran (Şirvanzadənin "Namus" əsəri), Qodun, Kreçet aid idi.

Həyat yoldaşı Astra Yeramyan Ermənistan SSR xalq artisti (1961) idi.

Levon Yeramyan Bakıda Montin qəbiristanlığında dəfn edilib. Abidə Teatr Cəmiyyətinin vəsaiti hesabına ucaldılıb.

Bakı Erməni Teatrı 1939-1949-cu illərdə Yeramyanın adını daşıyıb.[3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 7 8 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1. S. 374.
  3. Բաքվի հայկական թատրոն // ԱՐԳԻՇՏԻ-ԳԵՂԵՐՎԱՆ . Հայկական սովետական հանրագիտարան = Ermənistan Sovet Ensiklopediyası. Ереван. 1976. 344-345/.
  • Театральная энциклопедия. Том 2/Глав. ред. П. А. Марков — М.: Советская энциклопедия, 1963
  • Բարսեղյան Ա., Լևոն Երամյան, Երևան, 1962