Bakı erməni teatrı

Bakı erməni teatrı — 1920–1949-cu illərdə Bakıda fəaliyyət göstərən teatr.

Bakı erməni teatrı
Ümumi məlumatlar
Əsası qoyulub 1920
Bağlanıb 1949
Teatr binası
Açılıb 20 iyun 1920, 28 fevral 1870[1]
Yerləşməsi
Ölkə
Yerləşir Bakı

Teatrın bütün tarixi boyu müxtəlif adları olub:[2]

  • Bakı Dövlət Erməni Teatrı (1920–1931)
  • Azərbaycan Dövlət Qırmızı Bayraqlı Erməni Dram Teatrı (1931–1939)
  • Levon Yeramyan adına Azərbaycan Dövlət Erməni Dram Teatrı (1939–1949)

Erməni dram truppaları və böyük erməni aktyorları XIX əsrin sonlarından Bakıda çıxış edirdilər. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra orada daimi fəaliyyət göstərən teatr yaradıldı. İyunun 20-də Aleksandr Şirvanzadənin "Namus" tamaşası ilə açılmışdır.[3]

1949-cu ildə teatr bağlandı, aktyorların bir qismi Xankəndi Dövlət Dram Teatrına köçdü. 1958-ci ildə Bakıda Q. Tavrizyanın rəhbərlik etdiyi və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən yeni dram kollektivi yaradıldı.[3]

  1. Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. Բաքվի հայկական թատրոն // ԱՐԳԻՇՏԻ-ԳԵՂԵՐՎԱՆ . Հայկական սովետական հանրագիտարան = Ermənistan Sovet Ensiklopediyası. Ереван. 1976. 344-345/.
  3. 1 2 Армянский Бакинский театр // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. 1214 стб. 43 000 экз.