Lexuri dəfinəsi

Lexuri dəfinəsi.

Lexuri dəfinəsi (gürc. ლეხურის განძი) — 1947-ci ildə Gürcüstanda, Lexuri vadisində təsadüfən aşkar edilmiş qızıl sikkə dəfinəsi. Dəfinənin bir hissəsi salamat qalmışdır. Tərkibində Venesiya dukatları, Osmanlı sultaniləriSəfəvi sikkələri var. Sultanilər Sultan I Süleyman, Səfəvi sikkələri isə I Təhmasib adına kəsilmişdir. Ən son 1548-1549-cu illərinə aiddir. Bu o deməkdir ki, dəfinə 1549-cu ildən sonra dəfn edilmişdir. Bu, Gürcüstanda Venesiya, Osmanlı və Səfəvi qızıl sikkələrinin peyda olması ilə bağlı ilk hadisədir. Dukatların tapılması Venesiya ilə Gürcüstanın əlaqələri haqqında yazılı mənbələri təsdiqləyir.[1][2]

  1. ქებულაძე რ., ევროპული მონეტების მიმოქცევა საქართველოში XV-XVIII სს., თბ., 1971
  2. ქებულაძე რ., ქსე, ტ. 6, გვ. 209, თბ., 1983